PwC Azərbaycan 5-ci İllik CEO Sorğusunun nəticələrini təqdim edib - FOTO
Azərbaycandakı şirkət rəhbərlərinin 62%-i sağlamlıq risklərini, daha sonra isə geosiyasi münaqişələri (48%) həll olunmalı əsas prioritetli məsələ kimi nəzərdən keçirirlər.4 may 2022-ci il tarixində PwC Azərbaycan “Four Seasons Hotel Baku”-da “Azərbaycanda 5-ci İllik CEO Sorğusunun” təqdimatını keçirib.
Marja.az xəbər verir ki, Azərbaycanda 2022-ci il üzrə CEO Sorğusu, PwC-nin 25-ci İllik Qlobal CEO Sorğusunun bir hissəsidir. Hesabat Azərbaycanda və bütün dünyada şirkət rəhbərlərinin qlobal iqtisadiyyatın bərpasından başlayaraq xalis sıfır emissiyaya malik cəmiyyətə hazırlığa qədər ən aktual çağırışlara necə cavab verdiyini əks etdirir.
Tədbirdə 100-dən artıq şirkət rəhbərləri, o cümlədən xarici səfirliklər, dövlət sektoru, hökumət və media nümayəndələri iştirak ediblər. PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev Sorğunun nəticələrini təqdim edib və “Azərbaycan üçün əhəmiyyətli olan nəticələrə yenidən baxış” mövzusunda panel müzakirəsinə moderatorluq edib. İqtisadi qeyri-sabitlik şəraitində biznes-mühit, rəqəmsallaşma tendensiyaları, investisiyalar və dayanıqlıq mövzusunda panel müzakirələrində PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev ilə yanaşı “Azerconnect” MMC-nin Baş Direktoru Emil Məsimov, “PASHA Investments” MMC-nin Baş İcraçı Direktoru Nəriman Sərdarlı və “BP”-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə Vitse-Prezidenti Bəxtiyar Aslanbəyli iştirak edib.
“Azərbaycanda və bütün dünyada iqtisadi artımla bağlı nikbinlik güclənməkdə davam edir və hətta ötən illə müqayisədə daha da artıb. Bu, pandemiyanın ikinci ilində, yəni 2021-ci ildə tələbatın sürətlə bərpası faktı ilə təsdiqlənir. Sağlamlıq riskləri yenidən bir nömrəli təhlükə olaraq qalmaqdadır, geosiyasi münaqişələr isə ikinci yerdə dayanır. Mikroiqtisadi dəyişkənlik kifayət qədər yüksəkdir və Rusiya-Ukrayna müharibəsi, eləcə də güclü geosiyasi turbulentliyi nəzərə alaraq, bu riskin il ərzində artacağı gözlənilir”, PwC Azərbaycan-ın Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev öz çıxışında bildirib.
Sorğunun əsas nəticələri:
-Azərbaycandakı şirkət rəhbərlərinin 79%-i növbəti 12 ay ərzində qlobal iqtisadi artım tempinin yüksələcəyinə inanırlar;
-Azərbaycandakı şirkət rəhbərlərinin 77%-i öz şirkətlərinin inkişaf etməsinə çox inanırlar;
-Azərbaycandakı şirkət rəhbərlərinin 62%-i sağlamlıq risklərini, daha sonra isə geosiyasi münaqişələri (48%) həll olunmalı əsas prioritetli məsələ kimi nəzərdən keçirirlər. Kiber risklər və makroiqtisadi dəyişkənlik hələ dəəsas təhlükələr sırasındadır;
-Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 18%-i “xalis sıfır” öhdəliyi götürüb və ya götürmək niyyətindədir;
-Azərbaycandakı şirkət rəhbərlərinin 50%-i ən azı ildə bir dəfə yeni layihələrə sərmayə yatırır.
* Sorğu üçün tədqiqat bu ilin fevralın 24-də Ukraynada müharibə başlamazdan əvvəl, 2021-ci ilin oktyabr, noyabr və dekabr aylarında aparılıb və bu səbəbdən cavablar CEO-ların müharibənin təsiri nəticəsində formalaşan əhval-ruhiyyəsini və fikirlərini əks etdirmir.
Hesabatı yükləyə bilərsiniz: https://pwc.to/34XWfmF
Qeyd edək ki, PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz strategiyanın tərtib edilməsindən icrasına qədər vergi, hüquq, audit və məsləhət sahələrində müştərilərimizə məsələlərin həllinə yönəldilmiş xidmətlərin göstərilməsi hesabına buna nail olmuşuq. PwC-nin Bakı ofisində 4 ölkədən 130-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür. PwC dünyanın 156 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 284,258 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 14 d. əvvəl
-
1 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
13 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
14 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
Ən çox oxunanlar
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb






















