“Araz Supermarket”dən Dövlət Xidmətinin qərarına dair açıqlama
"Məlumatın reklam haqqında qanuna ziddiyyət təşkil etmədiyini düşünürük, qərarda bəyan edilmiş cərimənin sərt olduğu qənaətindəyik, hüquqlarımızdan istifadə edəcəyik"“Araz Supermarket” MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərara dair Marja.az-a açıqlama verib.
Açıqlamada deyilir:
“Araz Supermarket” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qaldırılmış işə dair qəbul edilən qərarla tanış olduq. “Araz Supermarket” MMC olaraq, qərara dair açıqlamada bunları bildiririk:
-Dövlət Xidməti tərəfindən araşdırma aparılan yazı barəsində vurğulamaq istəyirik ki, adıçəkilən yayılmış xəbərdə təsvir olunan qiymət araşdırması müstəqil marketinq tədqiqatı şirkəti tərəfindən həyata keçirilmişdir. Biz yalnız bu barədə media üçün bildiriş məqsədli məlumat paylaşmışdıq. Həmin yazıda qeyd edilənlər “Araz Supermarket” MMC-nin subyektiv fikirlərinə əsaslanmamışdır.
-Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilən qərara hörmətlə yanaşırıq. Haqqında danışılan xəbəri yayımlayarkən onun 3-cü tərəfə istinad olunduğunu nəzərə alaraq, reklam haqqında qanuna ziddiyyət təşkil etmədiyini düşünürdük.
-Bununla yanaşı, qərarda bəyan edilmiş cərimənin sərt olduğu qənaətindəyik. Odur ki, cərimə məbləğinə yenidən baxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarımızdan istifadə edəcəyik.
-“Araz Supermarket” MMC-nin əsas dəyərlərindən biri də ədalətlilikdir. Biz yalnız öz müştərilərimiz, əməkdaşlarımız və tərəfdaş təşkilatlarla deyil, həm də rəqiblərimizlə münasibətdə ədalətli olmağa çalışırıq.
-“Araz” supermarketlər şəbəkəsi dövlət orqanları, qeyri-hökumət təşkilatları və media ilə şəffaf, səriştəli ünsiyyətdədir və əməkdaşlıq çərçivəsində daxil olan bütün sorğuları mümkün qədər operativ və dolğun şəkildə cavablandırmağa çalışır.
-“Araz” supermarketlər şəbəkəsi cəmiyyəti sağlam və keyfiyyətli gündəlik istehlak malları ilə təmin etmək missiyasına sadiqdir. Logistika, distribusiya və meyvə-tərəvəz sahəsində fəaliyyətimizi nəzərə alaraq, alıcılarımıza məhsulları mümkün uyğun qiymətə təklif edə bilirik.
-11 ildir ki, pərakəndə sahəsində fəaliyyət göstərərək Azərbaycan iqtisadiyyatına dəyər qatır və 7000-dən çox əməkdaş ilə hər gün 350 mindən artıq müştəriyə xidmət edirik.
“Araz” supermarketlər şəbəkəsi olaraq, əhalinin ərzaq təminatı ilə bağlı səylərimiz, sosial sahədə gördüyümüz işlər və məşğulluğun artmasına verdiyimiz töhfələr səmərəli və cəmiyyət üçün dəyər yaradan fəaliyyətimizin bariz nümunəsidir.
Xəbər verdiyimiz kimi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarket” MMC-yə 2 milyon 484 min 600 manat maliyyə sanksiyası tətbiq edib. Dövlət Xidməti sanksiyaya əsas olaraq ““Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsini göstərib.
Həmçinin oxu: Haqsız və qeyri-dəqiq reklama yol verilib - DÖVLƏT XİDMƏTİNDƏN QƏRAR
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

























