Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Dövlət istiqrazları üzrə növbəti hərrac keçiriləcək - MƏBLƏĞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət istiqrazları üzrə növbəti hərrac keçiriləcək - MƏBLƏĞ
Dövlət istiqrazlar

17 may 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 40 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

kuponlu, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0108013944

Emissiya həcmi

40 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

1820 gün

Faiz ödənişləri (olduqda)

15 noyabr 2022-ci il,  16 may 2023-cü il,

14 noyabr 2023-cü il, 14 may 2024-cü il,  12 noyabr 2024-cü il, 13 may 2025-ci il,

11 noyabr 2025-ci il,  12 may 2026-cı il,

10 noyabr 2026-cı il,  11 may 2027-ci il,

Faiz gəliri

5.5%

Ödəmə tarixi

11.05.2027

Anderrayter

“Paşa Kapital İŞ”QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. 

12.05.2022 11:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ