İlk 3 ayda Aərbaycanın qeyri neft-qaz məhsullarının ixracı 727,2 milyon dollar təşkil edib
Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında məlumatları açıqlayıb.
Marja məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 140 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12 milyard 194,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 9 milyard 267,1 milyon dollarını və ya 76,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 29 milyard 27,1 milyon dollarını (24,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 6 milyard 340 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 9,5 faiz, o cümlədən ixrac 16,8 faiz artmış, idxal isə 3,7 faiz azalmışdır.
2022-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 45,0 faiz, real ifadədə 32,1 faiz artaraq 727,2 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 36,3 faizi İtaliya, 13,2 faizi Türkiyə, 5,8 faizi Rusiya, 4,4 faizi Çin, 3,7 faizi Ukrayna, 3,6 faizi Portuqaliya, 3,1 faizi İsrail, 2,6 faizi Yunanıstan, 2,4 faizi Gürcüstan, 2,3 faizi Tailand, 2,2 faizi Almaniya, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Birləşmiş Krallıq, hər biri 1,3 faiz olmaqla Rumıniya və Hindistan, hər biri 1,1 faiz olmaqla İran, Tunis və İspaniya, 11,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 48,8 faizini İtaliyaya, 12,0 faizini Türkiyəyə, 4,9 faizini Portuqaliyaya, 4,1 faizini İsrailə, 4,0 faizini Ukraynaya, 3,5 faizini Yunanıstana, hər biri 2,9 faiz olmaqla Gürcüstan və Tailanda, 1,9 faizini Rusiyaya, 1,6 faizini Birləşmiş Krallığa, hər biri 1,5 faiz olmaqla Tunis və Rumıniyaya, 1,4 faizini Almaniyaya, hər biri 1,3 faiz olmaqla İspaniya və Hindistana, 1,1 faizini Çexiyaya, 0,8 faizini Belarusa, 4,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (35,1 faiz), Rusiyaya (20,5 faiz), Gürcüstana (6,5 faiz), İsveçrəyə (4,6 faiz), ABŞ-a (4,0 faiz), İtaliyaya (3,6 faiz), Braziliyaya (2,2 faiz), Niderlanda (2,1 faiz), Rumıniyaya (1,5 faiz), Qazaxıstana (1,4 faiz), Çinə (1,4 faiz), Ukraynaya (1,3 faiz), Özbəkistana (1,2 faiz), İrana (1,2 faiz), Kiprə (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,5 faizi Türkiyə, 16,3 faizi Rusiya, 16,1 faizi Çin, 6,0 faizi Qazaxıstan, 4,4 faizi Almaniya, 3,9 faizi İran, 2,9 faizi Ukrayna, 2,6 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,0 faizi Koreya, hər biri 1,6 faiz olmaqla Birləşmiş Krallıq və Yaponiya, hər biri 1,4 faiz olmaqla Hindistan, Fransa və Norveç, 1,0 faizi Türkmənistan, hər biri 0,9 faiz olmaqla İndoneziya, Rumıniya və Polşa, 15,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2022-ci ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 50,6 faiz, tütün – 3,4 dəfə, çay – 33,3 faiz, mineral gübrələr – 7,3 dəfə, polietilen – 1,4 faiz, emal olunmamış alüminium – 1,8 dəfə, qara metallardan çubuqlar – 47,4 faiz, sement klinkerləri – 20,9 faiz, qara metallardan borular – 36,8 faiz, bentonit gili – 20,3 faiz artmış, təzə meyvə ixracı isə 6,1 faiz, şəkər – 33,9 faiz, bitki yağları – 38,4 faiz, meyvə və tərəvəz şirələri – 37,3 faiz, meyvə və tərəvəz konservləri – 6,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 41,5 faiz, kartof – 45,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 56,9 faiz, pambıq lifi – 30,4 faiz, polipropilen – 8,0 faiz, pambıq ipliyi – 21,5 faiz, qara metallardan yarımfabrikatlar – 23,2 faiz azalmışdır. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2022-ci ilin yanvar-mart aylarında təzə meyvə idxalı 7,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,5 faiz, unlu qənnadı məmulatları – 15,4 faiz, kartof – 7,6 faiz, quş əti və onun əlavə məhsulları – 26,5 faiz, minik avtomobilləri – 12,1 faiz, dərman vasitələri – 16,0 faiz, polad prokatı – 31,5 faiz, qara metallardan çubuqlar – 11,2 faiz, rezin şinlər – 23,1 faiz, sintetik yuyucu vasitələr – 6,3 faiz, polietilen – 1,7 dəfə, mebellər – 2,3 faiz, avtobuslar – 2,3 dəfə, məişət kondisionerləri – 1,8 dəfə, qara metallardan künclüklər – 19,2 faiz, polipropilen – 25,7 faiz, sement – 7,6 faiz artmış, buğda idxalı isə 2,7 faiz, bitki yağları – 14,5 faiz, xam şəkər – 24,8 faiz, şokolad və şokolad məhsulları – 5,8 faiz, çay - 2,6 faiz, təzə tərəvəz – 41,5 faiz, mal əti – 51,4 faiz, siqaretlər – 80,8 faiz, qara metallardan borular – 10,8 faiz, hesablama maşınları, blok və qurğuları – 14,6 faiz, yük avtomobilləri – 19,0 faiz, mineral gübrələr – 79,7 faiz, paltaryuyan maşınlar – 8,5 faiz, məişət soyuducuları – 43,2 faiz azalmışdır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
19 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
19 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
20 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
20 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
20 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi























