Azərbaycan Baş nazirinin müavini İrana səfər edəcək
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək.
Nümayəndə heyətinə Energetika, Yüksək Texnologiyalar və Nəqliyyat, Xarici İşlər nazirlikləri, Gömrük Komitəsi, Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və digər qurumların məsul vəzifəli nümayəndələri daxildir.
Səfər çərçivəsində nümayəndə heyətinin İranın Yol və Şəhərsalma Nazirliyi, Xarici İşlər Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı və digər qurumlarında görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşlərdə Azərbaycanla İran arasında nəqliyyat-tranzit, logistika, energetika, sənaye, ticarət, sərmayə və digər məsələlər müzakirə olunacaq. Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun icrası, bu layihənin həyata keçirilməsinin regional inkişafın təmin edilməsində oynayacağı rol əsas müzakirə mövzularından biri olacaq. Həmçinin, İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə cəlb edilməsi və bu sahədə həyata keçirilən tədbirlər də ətraflı müzakirə ediləcək.
Qeyd edək ki, mehriban qonşuluq, dostluq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-İran münasibətləri dinamik inkişaf edir. 2021-ci il noyabrın 28-də Aşqabad şəhərində keçirilmiş İƏT dövlət başçılarının Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü ikitərəfli əlaqələrin inkişafına önəmli təkan verib. Bu gün İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə cəlb edilməsi ikitərəfli əlaqələrin dinamik inkişafının təzahürüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 36 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
13 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
14 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan nefti cüzi ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
Ən çox oxunanlar
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"




















