Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ucuz satılan Belarus toyuqları ilə bağlı xəbərdarlığa cavab verildi

"Belarusdan idxal olunan toyuqlar ya yumurtadan kəsilmiş ana toyuqlardır ya da hansısa xəstəlik səbəbilə kəsilib. Bu ət sizin sağlamlığınıza zərərdir" - Quş əti istehsalçıları xəbərdarlıq edib. İdxalçı şirkət bildirib ki, xəbərdarlıq təhrif olunmuş məlumatlardır və istehlakçıların gözündə şirkətimizin nüfuzuna, imicinə xələl gətirməyə, eləcə də idxal etdiyimiz məhsulun alıcının tələbinə uyğun olmasında şübhə yaratmaqla müştəriləri həmin məhsulu almaqdan yayındırmağa yönəlmişdir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Ucuz satılan Belarus toyuqları ilə bağlı xəbərdarlığa cavab verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) olaraq Azərbaycan əhalisinin diqqətini son həftələrdə ölkə bazarlarında kütləvi şəkildə təklif olunan toyuqlara yönəltmək istəyirik”.

Marja.az xəbər verir ki, bu, Assosiasiyanın yaydığı məlumatda deyilir.

Reklam_3_11

Məlumatda bildirilir ki, bu toyuqlar ölkəmizə Belarusdan idxal olunaraq pərakəndə ticarət nöqtələrində çox aşağı qiymətə - 1 kiloqramı 3-3,5 manata təklif olunur. Bu isə o deməkdir ki, həmin toyuqlar ölkəmizin gömrük sərhədini ən uzağı 2-2,5 manatla keçir.

“Belarusdakı istehsalçının ətin üzərinə qoyduğu marjanı da çıxdıqda, belə məlum olacaq ki, bu toyuqların maya dəyəri 1-1,5 manata, yəni 1 dollardan aşağı başa gəlir. Hazırda qlobal əmtəə bazarlarındakı qiymət səviyyəsini nəzərə alsaq, nəinki Belarusda, heç bir ölkədə keyfiyyət standartlarına uyğun yetişdirilən 1 kq toyuq ətinin maya dəyəri 1 dollardan aşağı başa gələ bilməz.

Dörd ay əvvələ qədər Azərbaycana gətirilən toyuq əti gömrükdən ən ucuz 2,2 manata keçirilirdi. İdxalçıya bu, 2,65 manata başa gəlirdi və ticarət şəbəkələrinə bu qiymətə verilirdi. Lakin son aylarda dünyada heyvan və quş istehsalında istifadə edilən yem və yem əlavələrinin kəskin bahalaşması maya dəyərinin də artmasına səbəb olub.  Buna görə də indi Belarusdan gətirilən toyuqların ucuz olması onların ətlik məqsədli yetişdirilən quş olmadığından xəbər verir. Belarusdan gətirilən bu toyuqlar ya yumurtadan kəsilmiş ana toyuqlardır, ya da hansısa xəstəlik səbəbilə kəsilib. Ana toyuqların adətən sümüyü ağır olur, hər kiloqramını 400-450 qramı sümük təşkil edir”.

APEPEA-nın məlumatında qeyd edilib ki, digər bir məsələ Belarusdan gətirilən və broyler fabrikində istehsal olunan toyuqların üzərində “Kənd toyuğu” yazılmasıdır. “Broyler fabriki necə kənd toyuğu istehsal edə bilər?

Nəhayət, bir məsələni də qeyd etməyə ehtiyac duyuruq. Bu toyuqların üzərində “Halal” sözü yazılır. Belarusda, yaxud Rusiyada, Ukraynada halal toyuq əti necə istehsal oluna bilər? Bu halallığı kim təyin edib? Həm də belə toyuqlara çəkini artırmaq üçün çoxlu su vurulduğunu adi gözlə də görmək olur.

Bütün bunları nəzərə alaraq, ölkə vətəndaşlarını diqqətli olmağa, daxili bazardakı orta qiymətdən kəskin ucuz təklif olunan məhsullardan istifadə etməməyə çağırırıq. Bu, sizin sağlamlığınız üçün çox vacibdir”.

İDXALÇI ŞİRKƏTİN İDDİALARA CAVABI

Belarus toyuqlarının Azərbaycana idxalı ilə məşğul olan “Orion Global” MMC Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının iddiaları ilə bağlı Marja.az-ın sorğusunu cavablandırıb.

Şirkətin açıqlamasını təqdim edirik:

Orion Global” MMC Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının Belarus Respublikasından idxal olunan kənd toyuqları barədə  yaydığı məlumatda adı çəkilən üç məhsuldan birinin rəsmi idxalçısı qismində aşağıdakıları bildirir.

Şirkətimiz tərəfindən Belarus Respublikasının Soliqorsk şəhərindən idxal edilən və “Bazarstore” marketlər şəbəkəsində satılan “Bütöv kənd toyuğu” adlı məhsulla bağlı eyni məzmunlu məlumat 18 aprel 2022-ci il tarixində də xəbər saytlarında dərc olunmuşdu və qarşı tərəfə məlumatın yanlış olmasına dair bütün təssdiqedici sənədlərlə əsaslandırılmış cavab verilmişdi.

Bir daha nəzərinizə çatdırırıq ki, bu kimi yayılan məlumatlar təhrif olunmuş məlumatlardır və istehlakçıların gözündə şirkətimizin nüfuzuna, imicinə xələl gətirməyə, eləcə də idxal etdiyimiz məhsulun alıcının tələbinə uyğun olmasında şübhə yaratmaqla müştəriləri həmin məhsulu almaqdan yayındırmağa yönəlmişdir.

Təkcə onu qeyd etmək yetərli olar ki, sözügedən məhsullar barəsində həm istehsal ölkəsində, həm də ölkəmizdə qida təhlükəsizliyi, keyfiyyət standartlarına uyğunluq sahəsində tətbiq olunan müvafiq nəzarət tədbirləri aparılır. Bundan əlavə, rəsmi təqdim edilmiş məlumatlara əsasən, məhsulun istehsalçısı olan, öz nüfuzu və tətbiq etdiyi sərt nəzarət tədbirləri ilə seçilən fabrik Belarus Respublikasında fəaliyyət göstərdiyi sahədə qabaqcıl müəssisələrdən biri kimi yalnız yüksək keyfiyyətli xammal və material təchizatçıları ilə işləyir. Müştəriləri sırasında dünyada tanınmış şirkətlərin yer aldığı fabrik həmçinin 2-ci Avropa Oyunları çərçivəsində qida təchizatının təşkili üçün attestasiyadan keçməklə fəaliyyət göstərmişdir. Bundan əlavə, fabrikin tətbiq etdiyi İstehsala nəzarət proqramı çərçivəsində attestasiyadan keçmiş öz laboratoriyasında, habelə Belarus Respublikasının ən nüfuzlu müstəqil laboratoriyalarında məhsulların sınaqları keçirilir, eləcə də müvafiq dövlət strukturları tərəfindən fabrikdə tələblərə, o cümlədən dünyada qəbul edilmiş keyfiyyət standartlarına uyğunluğun yoxlanılması üçün mütəmadi nəzarət tədbirləri aparılır. Toyuqlar kliniki sağlam olaraq kəsimə təhvil verilir. Dövlətin nəzarət orqanı tərəfindən daimi olaraq istehsalın keyfiyyəti və texnologiyasının yüksək səviyyədə olmağına dair mütəmadi baxışlar keçirilir. Yem rasionu bütün qidalandırıcı vitamin və minerallarla balanslaşdırılır. Yemlərdə heç bir GMO qatqı yoxdur və daimi olaraq müstəqil akreditə olunmuş laboratoriyalardan nəzarət keçirilib, keyfiyyət və təhlükəsizlik təmin olunur. Fabrikin beynəlxalq səviyyədə fəaliyyəti, menecment, keyfiyyət və təhlükəsizlik barədə sertifikatlaşdırılmışdır. İstehsal olunmuş və təhvil verilmiş bütün məhsulların, keyfiyyət və təhlükəsizlik yoxlanışları, laboratoriya göstəricilərinə əsasən keçirilir (mikrobiologoya, fiziki-kimyəvi göstəricilər, rütubətlik miqdarı, radiologiya və s.) protokollar təqdim olunur.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün yoxlamalardan keçən və yalnız keyfiyyət tələblərinə uyğun olan məhsulların ixracına icazə verilir, bundan sonra isə həmin məhsulların ölkəmizə idxalı zamanı da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri yoxlama aparılaraq, müvafiq şəkildə uyğunluğu təsdiq edilir, sertifikatlaşdırılır və satışına icazə verilir. Bu əsasda həmin məhsula dair istehsal ölkəsində qüvvədə olan dövlət standartları, istehsal sertifikatları, eləcə də AQTA tərəfindən təqdim olunmuş sertifikatların surətləri da təqdim edilir.

Qeyd edilənlər nəzərə alınmaqla, həmçinin rəqabət qabiliyyətliliyinin ən əsas faktoru kimi mürəkkəb və çoxaspektli xarakterə mailk olan, hazırlıq, istehsal, daşınma, idxal, satışa çıxarılma və istehlak mərhələlərinin hər birində oturuşmuş və adekvat nəzarət tələblərinə uyğunluğu yoxlanılan və qiymətləndirilən “keyfiyyət” anlayışına dair Assosiasiyanın yaydığı məlumatda yalnız ucuz qiymət amili irəli çəkilməklə ictimaiyyəti çaşdıran mülahizələr yürüdülməsi haqlı suallar doğurur.

Digər tərəfdən, çoxsaylı komponentlər məcmusunu özündə ehtiva edən, məsrəf, dəyərlilik (faydalılıq), rəqabətlilik amilləri əsasında formalaşan qiymət müəyyənləşməsi kimi mürəkkəb proses Assosiasiyanın məlumatında çox sadə və yalnız mülahizə əsaslı hesablama ilə məhdudlaşır ki, bu da qəbuledilməzdir.

O ki qaldı məhsulların üzərində “Halal” sözünün yazılmasına, xüsusilə vurğulamaq istərdik ki, bu, dünyada qəbul edilmiş standartlar əsasında səlahiyyətli qurumlar tərəfindən baxış keçirilməklə, saxlanma, kəsim şəraiti, təmizliyə riayət olunması vəziyyəti yoxlanılmaqla təsdiq olunur və müvafiq şəkildə sertifikatlaşdırılan məhsullar Azərbaycana, eləcə də digər ölkələrə, o cümlədən ərəb ölkələrinə ixrac edilir.

Qeyd edək ki, “Orion Global” MMC məhsulların halal olmasını təsdiq edən sertifikatın sürətini də Marja.az-a təqdim edib (əlavə olunur).

“Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) təqdim etdiyi görüntülər.

Orion Global toyuqlar Belarus toyuqları
23.05.2022 15:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ