Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövlət Xidmətində iş adamları ilə "sağlam rəqabət" müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Xidmətində iş adamları ilə "sağlam rəqabət" müzakirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri arasında dəyirmi masa formatında görüş keçirilib.

Reklam_3_11

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ölkə iqtisadiyyatında azad bazar prinsiplərinin formalaşdırılması, antiinhisar nəzarəti və rəqabət sahələrində institusional islahatların aparıldığını qeyd edib, biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Rəqabətə zidd davranışların qarşısının alınmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə danışan Xidmətin rəisi Rəqabət Məcəlləsinin müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq Nazirlər Kabinetinə təqdim edildiyini vurğulayıb.

Tədbirdə təbii inhisarların fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, dövlət satınalmalarının rəqabətqabiliyyətliliyin artırılmasında rolu, keyfiyyət və rəqabət qabiliyyətinin artırılması, istehlak bazarına nəzarət və istehlakçı hüquqlarının qorunması sahələrinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. 

Sonda sağlam rəqabət mühitinin təmin olunması mövzusu ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərini maraqlandıran suallar cavablandırılıb.

03.06.2022 12:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ