Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft Fondu aktivlərin idaredilməsindən 4,2 dəfə çox gəlir əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu aktivlərin idaredilməsindən 4,2 dəfə çox gəlir əldə edib

2021-ci ilin icra nəticələrinə əsasən, Dövlət Neft Fondu aktivlərin idaredilməsindən proqnoza nisbətdə 332,7% çox olmaqla 3 milyard 287,4 milyon manat gəlir əldə etmiş, büdcədənkənar xərcləri isə 2 milyard 119,3 milyon manat olmuşdur ki, Fondun vəsaitlərinin idarəedilməsindən məzənnə fərqi nəzərə alınmaqla xalis gəliri 1 milyard 168,1 milyon manat təşkil etmişdir.

Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”ndə bildirilir.

Rəydə qeyd edilib ki, 2021-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 1 milyard 933,8 milyon ABŞ dolları və yaxud 3 milyard 287,4 milyon manat məbləğində gəlir əldə edilmişdir ki, bu da büdcədə nəzərdə tutulan gəlirlərə nisbətən 2 milyard 527,7 milyon manat və yaxud 332,7% daha çoxdur.

Fondun investisiya portfelinin orta illik gəlirlilik göstəricisi isə 4,49% təşkil etmişdir ki, bu da büdcədə nəzərdə tutulmuş gəlirlilik göstəricisi ilə müqayisədə (1,09%) 4,2 dəfə, 2020-ci il ilə müqayisədə 1,6 dəfə çoxdur.

“2020-ci ilə nisbətən gəlirliliyin yuxarı olmasının səbəbi kimi hesabat ilində səhmlər və daşınmaz əmlak alt portfeli üzrə gəlirliliyin yuxarı olması olmuşdur. Tərəfimizdən verilmiş Fondun 2021-ci ilin büdcəsinin layihəsinə Rəydə vəsaitlərin idarə olunması ilə bağlı ilin sonuna müsbət tendensiyanın müşahidə edilməsi və gəlirliliyin daha da artma ehtimalının olması öz əksini tapmışdır. 2021-ci il üzrə ARDNF-in investisiya portfelinin aktivlər üzrə gəlirliliyi aşağıdakı cədvəldə verilmişdir”,- Rəydə deyilir.

Fondun investisiya portfelinin lokal valyutada gəlirliliyi 4,49% təşkil etmişdir ki, sözügedən göstəricidə ən böyük pay (aktiv növünün ümumi investisiya portfelindəki çəkisi nəzərə alınmaqla) səhm alt portfelinin olmuşdur (3,68%). Gəlirliliyə növbəti böyük töhfə isə daşınmaz əmlak alt portfeli tərəfindən verilmişdir (0,75%). Borc öhdəlikləri və pul bazarları alt portfelinin ümumi gəlirliliyə payı 0,06% olmuşdur.

İnvestisiya portfelində aktivlərin gəlirliliyində 2020-ci ilə nisbətən artım daha çox səhmlər (8,25%-ə qarşı 22,77%) və daşınmaz əmlak alt portfeli üzrə (-1,55%-ə qarşı 12,48%) olmuş, borc öhdəlikləri və pul bazarları alt portfeli üzrə isə 2,37% azalma müşahidə edilmişdir

Sabit gəlirli qiymətli kağız bazarlarında faiz dərəcələrinin 2021-ci ilin əvvəlində çox aşağı səviyyələrdə olması və aparıcı mərkəzi bankların əlavə stimullaşdırıcı tədbirlərə və daha da yumşaq monetar siyasətə ehtiyac görməməsi, bu da öz növbəsində illik gəlirliliyin qiymət dəyişikliyindən asılı olan hissəsini azaltmış və ümumi gəlirliliyin aşağı olması ilə nəticələnmişdir. Eyni zamanda COVID-19 pandemiyası ilə bağlı qapanmaların və məhdudiyyətlərin ilin sonuna doğru tədricən aradan qaldırılması nəticəsində baş verən iqtisadi artım və inflyasiya proqnozlarının artması faiz dərəcələrinin də yüksəlməsinə yol açmışdır. Nəticədə sabit gəlirli qiymətli kağızlar portfelində olan istiqrazların dəyər itirməsinə və 2021-ci ildəki gəlirliliyin ötən il ilə müqayisədə daha aşağı olmasına gətirib çıxarmışdır.

"Fondun 2021-ci ilin büdcəsinin layihəsinə tərəfimizdən verilmiş Rəydə qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin müşahidə edilməsi, pandemiyanın qlobal iqtisadiyyata təsiri və ölkələrin iqtisadiyyatın dəstəklənməsi məqsədi ilə monetar yumşalma tədbirlərinin həyata keçirməsi və bunun nəticəsi olaraq daha aşağı risk və daha yüksək likvidlik dərəcəsi ilə səciyyələnən istiqrazlara tələbatın artmasını şərtləndirməsini əsas götürərək yüksək investisiya dərəcəli sabit gəlirli qiymətli kağızlar bazarında gəlirlilik səviyyəsinin aşağı düşmə ehtimalının yüksək olması öz əksini tapmışdır",- Rəydə deyilir.

Qeyd edilib ki, Fondun 2021-ci il üzrə qəbul edilmiş İnvestisiya Siyasətinə əsasən investisiya portfelinin minimum 50% borc öhdəlikləri və pul bazarları alətlərindən, 25%-ə qədəri səhmlərdən, 10%-ə qədəri daşınmaz əmlakdan və 15%-ə qədəri isə qızıl alt portfellərindən ibarət olmuşdur.

Aparılmış təhlillərin nəticəsi olaraq qeyd etmək olar ki, bəzi suveren fondların gəlirlilik göstəricilərinin ARDNF-lə müqayisədə daha yüksək olmasının səbəbi kimi ümumi aktivlər portfelində riskli investisiya aləti sayılan Səhmlər alt portfelinin xüsusi çəkisinin çox olmasını göstərmək olar.

10.06.2022 14:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ