Qlobal təbii qaz ixracı artıb
Qlobal enerji bazarlarında qaz ixracı ötən il 2015-ci illə müqayisədə 4,8 faiz artaraq 1 trilyon 840 milyon kubmetrə yüksəlib.
"Marja" "British Petroleum"un (BP) "2017 Dünya Enerji Mənzərəsi" hesabatın istinadən xəbər verir ki, ötən il dünya üzrə edilən qaz satışlarının 68%-i boru kəmərləri vasitəsilə, 32%-i mayeləşdirilmiş qaz (LNG) ixracı yolu ilə həyata keçirilib.
Hesabata görə, 737 milyard 500 milyon kubmetr qaz boru kəmərləri, 346 milyard 600 milyon kubmetr də LNG olaraq satılıb.
Qlobal enerji bazarlarında ötən il qaz ixracı əvvəlki illə müqayisədə 4,8 faiz artaraq 1 trilyon 840 milyon kubmetrə çıxıb. Bu miqdar 2015-də 1 trilyon 340 milyon kubmetr olaraq qeyd edilmişdi.
Boru xəttində Rusiya, LNG-də Qətər birincidir
Ötən il dünyada kəmərlərlə edilən qaz ixracında Rusiya 190 milyard 800 milyon kubmetrlə ilk sırada yer alıb. Rusiyanın ardınca, 109 milyard 800 milyon kubmetrlə Norveç gəlir.
Dünyada 2016-da boru kəmərləri vasitəsilə ən çox qaz alan ölkə isə 99 milyard 300 milyon kubmetrlə Almaniya olub. Bu ölkənin ardınca, 82 milyard 500 milyon kubmetrlə ABŞ gəlir.
Sözügedən dövrdə qlobal bazarda ən çox LNG satışı edən ölkə 104 milyard 400 milyon kubmetrlə Qətər olub. Onun ardıca 56 milyard 800 milyonluq satışla Avstraliya gəlib.
Ötən il ən çox LNG tələbatı 108 milyard 500 milyon kubmetrlə Yaponiyadan olub. İkinci yeri, 43 milyard 900 milyon kubmetrlə Cənubi Koreya tutub.
Kəmərlərlə ən çox qaz ixrac edən ölkələr, satış miqdarı (kubmetr)
Rusiya -190,8 milyard
Norveç -109,8 milyard
Kanada -82,4 milyard
ABŞ - 60,3 milyard
Hollandiya - 52,3 milyard
Kəmərlərlə ən çox qaz idxal edən ölkələr
Almaniya - 99,3 milyard
ABŞ -82,5 milyard
İtaliya -59,4 milyard
Meksika -38,4 milyard
Çin- 38 milyard
LNG formasında ən çox qaz ixrac edən ölkələr
Qətər - 104,4 milyard
Avstraliya - 56,8 milyard
Malayziya - 32,1 milyard
Nigeriya - 23,7 milyard
Bruney - 21,2 mlrd
LNG formasında ən çox idxal edən ölkələr
Yaponiya- 108,5 milyard
Cənubi Koreya -43,9 milyard
Çin -34,3 milyard
Hindistan -22,5 milyard
Tayvan 19,5 milyard
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























