“Neftin qiyməti azalacağı halda belə Azərbaycan iqtisadiyyatı daha müstəqil və güclü ola bilər”
Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) baş katibi Aristotelis Spiliotsin müsahibəsi
- Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanla əməkdaşlığı necə dəyərləndirir?
- Azərbaycan bizim üzv dövlətlərimizdən biridir. Qara Dəniz Ticarət və İnkişaf Bankına üzv olan dövlətlərin hökumətləri ilə əməkdaşlıq edərək, bütün ölkələr üçün xüsusi və spesifik strategiya həyata keçirməyə, ölkənin prioritetlərini dəstəkləməyə çalışırıq. Hesab edirəm ki, əməkdaşlığımız ötən illər ərzində kifayət qədər uğurlu olub. Ümid edirəm ki, gələcəkdə Azərbaycanda maliyyələşmə həcmini daha da artıracağıq. Biz həmçinin Azərbaycan iqtisadiyyatının diversifikasiyasına dəstək göstərməyə çalışırıq. Bununla yanaşı, qeyri-neft sənayesi sahələrində, yəni, müxtəlif sektorlarda müvafiq inkişaf layihələrini tapmağa çalışırıq.
- Koronavirus "COVID-19" pandemiyası Azərbaycan iqtisadiyyatına necə təsir göstərib?
- Pandemiya bütün dünya ölkələri kimi Azərbaycan iqtisadiyyatına da təsir edib. Buna baxmayaraq, pandemiyadan sonra, hazırda dünyada neft və qazın qiymətlərində kəskin artım yaşanır. Bu, isə Azərbaycan üçün gözəl nəticədir.Lakin dünya bazarlarında neft və qazın qiyməti hər zaman belə olmayacaq. Bu vəziyyət hazırda yaşanır və mən hesab edirəm ki, bu, neft sənayesindən gələn əlavə gəlirləri necə ehtiyatda saxlamağın yaxşı nümunəsidir. Diversifikasiyaya nail olmaq üçün iqtisadiyyatın digər sahələrinə dəstək olmaq vacibdir. Neftin qiymətinin yenidən azaldığı vaxtlar gəldiyi zaman Azərbaycan iqtisadiyyatı daha müstəqil, daha güclü ola bilər. Bu istiqamətdə bizim dəstəyimiz ola bilər.
- Hazırda dünyada Rusiya-Ukrayna münaqişəsinə görə ərzaq tədarükündə sıxıntılar yaşanır. Qara Dəniz Ticarət və İnkişaf Bankı bu istiqamətdə Azərbaycana və digər Cənubi Qafqaz ölkələrinə dəstək göstərməyi nəzərdən keçirirmi?
- Azərbaycan, Gürcüstan, Ermənistan banka üzv olan ölkələrdir. Biz investisiya yatırmağa və müvafiq layihələr tapmağa çalışacağıq. Biz həmçinin bu ölkələr arasında sərhədlərarası layihələrin həyata keçirilməsinə kömək etməyə çalışacağıq. Hazırda Ukrayna və Rusiyada vəziyyət gərgindir. Biz bilmirik ki, vəziyyət nə zaman yaxşılaşmağa doğru gedəcək.
- Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda gələcəkdə hansı layihələrə dəstək göstərəcək?
- QDTİB-ə üzv olan ölkələrə dəstəyi həmin ölkələrdəki vəziyyətdən aslıdır. Bəzən bir ölkədə daha çox layihələrin maliyyələşdirilməsinə ehtiyac olur, digər ölkələrdə isə daha az. Ümumiyyətlə, müxtəlif ölkələr arasında tarazlığı saxlamağa çalışırıq. Bankın və digər maliyyə institutlarının kifayət qədər maliyyəsi var. Əsas sual vəsaitlə bağlı deyil, əsas məsələ müvafiq dövlət və özəl sektorları əhatə edən layihələrin tapılması və hazırlanması, iqtisadiyyatı diversifikasiya etmək, insanların rifahını yaxşılaşdırılmasına dəstək göstərməkdir.
Azərbaycanda bizim xüsusi dəstək göstərdiyimiz bir sektorumuz yoxdur. Biz müxtəlif sektorlara investisiya yatıra bilərik. Bununla yanaşı, biz çalışırıq qeyri-neft sahəsində olan layihələrə dəstək göstərək. Çünki, hesab edirik ki, neft sektorunda kifayət qədər vəsait var və bu sahənin bizə ehtiyacı yoxdur. Hesab edirik ki, biz ölkənin diversifikasiya istiqamətində əsas prioritetlərinə dəstək göstərə bilərik. Bununla bağlı, elə iyunun 24-də Bakıda Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında biznes-forum keçirilib. Forumun əsas məqsədi Azərbaycan kimi zəngin mənbələrə malik ölkələrin iqtisadiyyatlarının diversifikasiyasını təşviq etmək idi.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
1 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
1 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
1 gün əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
Ən çox oxunanlar
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®


























