Galaxy S22 Seriyasının smartfonları ilə gecə çəkilişlərini daha parlaq et!
Bu “ağıllı” telefonlar ilə çəkilmiş fotoşəkillərin keyfiyyəti, peşəkar aparatlarla əldə edilən görüntülərdən heç də, fərqlənmir(®) Galaxy S22 Seriyasının smartfonlarını həqiqətən də, gecə çəkilişlərində mütəxəssis adlandırmaq olar.
Bir neçə obyektivdən ibarət əsas kamera sayəsində, bu “ağıllı” telefonlar ilə çəkilmiş fotoşəkillərin keyfiyyəti, peşəkar aparatlarla əldə edilən görüntülərdən heç də, fərqlənmir. Belə ki, Galaxy S22 məhsul Seriyasında təqdim olunan smartfonlar Larger Pixel və Pixel Binning texnologiyalarından istifadə edir ki, burada daha çox işığın mənimsənməsi üçün bir neçə piksel bir birinə birləşdirilir. Beləliklə, hətta gecə çəkilişləri zamanı təsvir daha detallı və aydın şəkildə qeydə alınır. Beləliklə, burada təqdim olunan yüksək ayırdetmə qabiliyyətinə malik kameralar həssas piksel sensoru ilə təchiz olunmuşdur, süni intellekt isə kadrların demək olar ki, ani şəkildə incələnməsi təmin edilir. Bunların sayəsində hətta qaranlıqda çəkdiyiniz görüntülər belə, aydın və detallı olaraq qeydə alınır.
Əlavə olaraq, smartfonlar zəif işıqlandırma şəraitində belə effektiv çəkilişi təmin etmək üçün bir çox yeni texnologiyalarla təchiz edilmişdir.

Buna misal olaraq, 64 dəfə daha çox rəng çalarını dəstəkləyən və bununla da rəng təzadlığını optimallaşdıraraq daha real görüntü təqdim edən, Super HDR texnologiyasını qeyd etmək olar. Bu funksiya obyektin hərəkətini və vizual yayılmalarını təhlil edərək, istənilən işıqlandırma şəraitində daha aydın videolar və şəkillər əldə edə bilmənizi təmin edir. Həmçinin, Galaxy S22 Seriyalı smartfonlar, Adaptive Pixel texnologiyasını dəstəkləyir. Belə ki, işıqlandırma dərəcəsini təyin edən kamera, onun dəyişməsinə avtomatik şəkildə uyğunlaşır:
-yüksək dəqiqlik rejimindən ultra həssas 12MP rejiminə keçid alır
-eyni zamanda hər iki rejimdə şəkil çəkərək, onları yüksək detallı və parlaq bir görüntüdə birləşdirir.
Qeyd edək ki, “Galaxy S22”-nin təqdimatında bəri şirkət festivallarda iştirak etməkdən tutmuş, gecə vaxtı tarixi yerlərin çəkilişlərinin təşkil edilməsi kimi maraqlı tədbirlərlə istifadəçilərini sevindirərək, Samsung Galaxy S22 məhsul Seriyasının qabaqcıl xüsusiyyətlərini nümayiş etdirmişdir.
Buna misal olaraq, Peruda, ölkənin paytaxtı Limaya, Samsung gecə turu təşkil edərək, tədbir iştirakçılarına gecə rejimində Galaxy S22 ilə şəhərin orijinal arxitekturasını çəkməyə unikal imkan yaratmışdır. Sözü gedən bu tədbir, təkcə Galaxy S22 smartfonlarının kamera imkanlarını qiymətləndirməyə deyil, həm də gecə vaxtı tamamilə başqa ab-havada təqdim olunan şəhərin, sirli gözəlliyindən zövq almağa köklənmişdir.
Brend həmçinin Lollapalooza adlanan və Braziliyada təşkil olunan latın amerikası və dünya musiqisi festivalında iştirak edərək, avanqard Avropada C2C festivalının bir hissəsi qismində çıxış etmişdir. Festival zamanı tanınmış vizual dizayner Weirdcore, qaranlıq fonu parlaq işıq şüaları ilə birləşdirən immersiv incəsənət instalyasiyasını yaratmışdır.
Samsung Galaxy S22 məhsul Seriyanın smartfonları hətta məşhur qraffiti rəssamı Fat Cap Sprays-in daim diqqəti cəlb edən əsərlərini də “işıqlandırmışdırlar”. Belə ki, müəllif öz rəsmlərini gecələr yaratdığı üçün, Fat Cap Sprays-ın yaradıcılıq prosesi, uzun illərdir sirr olaraq qalırdır. Samsung ilə əməkdaşlıq sayəsində rəssam Galaxy S22 Seriyasında tətbiq edilən Nightography zəif/az işıqlandırma şəraitində çəkiliş texnologiyasından istifadə edərək sözü gedən prosesi tam şəkildə lentə ala bilmişdir.
Galaxy S22 məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
11 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
12 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
12 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
12 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
12 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

























