"Bank of Baku"nun xalis mənfəəti 2 dəfə artıb - 18,5 milyon manat mənfəət
"Bank of Baku" ASC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 18 milyon 501 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 9 milyon 372 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında "Bank of Baku" nun xalis mənfəəti 2 dəfə artıb. Xalis mənfəətin artması - əsasən gəlirlərin artmasından qaynaqlanır.
Marja xəbər verir ki, "Bank of Baku" nun faiz gəlirləri 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında 14 milyon 881 min manat və ya 49,4% artaraq 45 milyon 33 min manat, qeyri-faiz gəlirləri isə 851 min manat və ya 16,3% artaraq 6 milyon 78 min manat təşkil edib.
Cari ilin yanvar-iyun dövründə "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 51 milyon 111 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 34 milyon 379 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 16 milyon 732 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 5 milyon 672 min manat mənfəətə əlavə edilib və mənfəət 22 milyon 404 min manata yüksəlib. "Bank of Baku" 3 milyon 903 min manat mənfəət vergisi ödədiyindən 2022-ci ilin 1-ci yarısını 18 milyon 501 min manat xalis mənfəət ilə başa vurub.
Qeyd edək ki, ötən ilin yanvar-iyun dövründə "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri 35 milyon 379 min manat, cəmi əməliyyat xərcləri 25 milyon 953 min manat, əməliyyat mənfəəti 9 milyon 426 min manat təşkil etmişdi. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 3 milyon 187 manat mənfəətə əlavə edilmiş və mənfəət 12 milyon 613 min manata yüksəlmişdi. "Bank of Baku" 3 milyon 240 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 9 milyon 372 min manat xalis mənfəət ilə bağlamışdı.
2021-ci ilin sonu ilə müqayisədə "Bank of Baku"nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 70 milyon 971 min manat və ya 17,1% artaraq 30 İyun 2022-ci il tarixində 484 milyon 833 min manata çatıb.
Ötən ilin sonu ilə müqayisədə "Bank of Baku"nun cəmi aktivləri 82 milyon 330 min manat və ya 16,5% artaraq 579 milyon 825 min manata yüksəlib.
"Bank of Baku"nun depozit portfeli isə 27 milyon 812 min manat və ya 11,2% artarq 274 milyon 989 min manata çatıb.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
10 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
11 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
11 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
11 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
12 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi























