2022-2026-cı illərdə sosial-iqtisadi inkişafa baxış - yeni artım modeli özəl təşəbbüslərə söykənəcəkdir
Xəbər verdiyimiz kimi, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib.
Marja xəbər verir ki, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafa baxış aşağıdakılardır:
2022-2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modeli Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən edəcəkdir. Bu mərhələdə başlıca məqsəd yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, hər bir Azərbaycan Respublikası vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olmaqdır. Bu zaman başlıca vektor artımın səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanacaqdır.
Strateji dövrdə yeni artım modeli özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcəkdir. Dayanıqlı, inklüziv inkişafı təmin edən özəl təşəbbüslər və rəqabətqabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas qüvvəsi olacaqdır.
Rəqabətlilik ölkədə adambaşına düşən milli gəlirin uzunmüddətli dövrdə stabil artmasına və insanların həyat standartının yüksəldilməsinə imkan yaradacaqdır. İqtisadiyyatın rəqabətliliyi əsas təməl olan məhsuldarlığın dərinləşməsi hesabına artırılacaqdır. Bu strateji dövrdə özəl və məhsuldar investisiyalar, keyfiyyətli institutlar, müasir bilik və bacarıqları olan insan kapitalı, sağlam cəmiyyət, innovasiya və yeni texnologiyalar, həmçinin makroiqtisadi sabitlik yüksək məhsuldarlığı təmin edəcəkdir.
İnkişafın əsas qüvvəsi sahibkar olduğundan, dövlət bütün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin dəstəklənməsinə yönəldəcəkdir. Bu model hamı üçün bərabər imkanlar və fürsətlər yaradacaqdır. Yalnız bacarıqlar bütün sahələrdə uğurun fundamental şərti olacaqdır.
Yeni inkişaf modeli çərçivəsində, işğaldan azad olunmuş ərazilər də əhatə edilməklə vahid iqtisadiyyat-müasir dəyər zənciri qurulacaqdır. Milli iqtisadiyyat dərindən şaxələnməklə qlobal dəyər zəncirinin ayrılmaz hissəsinə çevriləcəkdir.
Biznesin, ev təsərrüfatlarının və fərdlərin bütün bazarlarda effektiv fəaliyyəti üçün zəruri şərtlər təmin olunacaq, iqtisadiyyata cəlb edilən investisiyalar, mülkiyyətçilərin mülkiyyət toxunulmazlığı, iqtisadi maraqları, ölkənin tarixi milli dəyərləri qorunacaq və sosial-iqtisadi sahələr sürətlə müasirləşəcəkdir.
Modelin aparıcı qüvvəsi olan Azərbaycan Respublikası vətəndaşının bilik, bacarıq və səriştələrinin artması onun gəlir qazanmaq imkanlarını genişləndirəcək və sağlam həyat tərzini təmin edəcəkdir. Bilikli cəmiyyət müasir texnologiya və innovasiyaların həm yaradıcısına, həm də istifadəçisinə çevriləcəkdir.
Ölkədə təbii resurslardan dayanıqlı istifadə etməklə, ekoloji mühiti qorumaqla iqtisadiyyatın effektivliyinə nail olunacaqdır. Yüksək inkişaf səviyyəsi, eyni zamanda, yüksək maddi və mənəvi rifahı təmin edəcək, dayanıqlı artan milli gəlirdən insanlar daha geniş şəkildə faydalanacaqlar.
Ölkədə təbii resurslardan dayanıqlı istifadə etməklə, ekoloji mühiti qorumaqla iqtisadiyyatın effektivliyinə nail olunacaqdır. Yüksək inkişaf səviyyəsi, eyni zamanda, yüksək maddi və mənəvi rifahı təmin edəcək, dayanıqlı artan milli gəlirdən insanlar daha geniş şəkildə faydalanacaqlar.
Əlverişli demoqrafik vəziyyətin mövcudluğu, iqtisadi fəal gənc əhalinin işçi qüvvəsinin ümumi strukturunda yüksək paya malik olması və gənclər tərəfindən yeni innovativ metodların dərindən mənimsənilməklə tətbiqi daha effektiv nəticələrin əldə olunması üçün fürsətlər yaradır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 43 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























