ABB “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin sponsorudur
(®) 21 - 24 sentyabr 2022-ci ildə Şuşada “Shusha Chess 2022” beynəlxalq şahmat turniri keçiriləcək.
Turnirin təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir. SOCAR-ın baş sponsorluğu ilə keçirilən tədbirə ABB və “Azərxalça” da dəstək verir.
Bu, Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil edilən ilk beynəlxalq şahmat turniridir. Tədbir görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olub. “Shusha Chess 2022” beynəlxalq şahmat turniri iki kateqoriyada - kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.
“Shusha Chess 2022” beynəlxalq şahmat turnirinə sponsor dəstəyi ABB-nin müxtəlif istiqamətlərdə həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinin davamıdır. Bu cür layihələrdə iştirakı ilə ABB ölkəmizdə fiziki və intellektual idman növlərinin kütləviləşməsinə, istedadlarımızın dəstəklənməsinə, cəmiyyətimizin gələcəyinə töhfə verməyə çalışır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 d. əvvəl
-
-
16 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
31 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı


























