UNEC və “McDonald’s Azərbaycan” arasında əməkdaşlığın bəhrəsi: Şirkətin dəstək olduğu tələbələrlə müsahibə
(®) Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “McDonald’s Azərbaycan” şirkəti fiziki imkanları məhdud olan tələbələrə maliyyə yardım göstərilməsi layihəsi çərçivəsində əməkdaşlığı uğurla davam etdirir.
Xatırladaq ki, UNEC-in rektoru, professor Ədalət Muradov və “McDonald’s Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolskinin 2021-ci ildə imzaladığı Memoranduma əsasən, tərəflər tələbələrin müxtəlif istiqamətlər üzrə biliklərinin inkişaf etdirilməsi, istehsalat və könüllü praktiki proqramların təşkili, təlim xərclərinin ödənilməsi, həmçinin sertifikatlaşdırmadan keçmə kimi məsələlərdə əməkdaşlığa başlayıblar.
Memorandumun müddəalarının icrası çərçivəsində ötən il fiziki imkanları məhdud tələbələrə maliyyə yardımının göstərilməsi layihəsinə başlanılıb. Belə ki, müəyyən davamiyyət meyarlarına uyğun olaraq, 15 namizəd arasından 5 UNEC tələbəsi seçilib və onlara maliyyə yardımı göstərilib. “McDonald’s Azərbaycan” şirkəti onların ötən tədris ili üçün təhsil haqqını tam ödəyib.
Bu tələbələrdən biri artıq universitet məzunudur, digər 4 nəfər isə “McDonald’s Azərbaycan” şirkətinin dəstəyi ilə təhsilini davam etdirəcək. Şirkət onların cari tədris ili üçün təhsil xərclərini qarşılayacaq.
Seçilmiş tələbələrdən biri Fransanın Monpelye Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı üzrə təhsilini başa vurmuş Əhməd Abdullayevdir.


2022-ci ildə UNEC-in Maliyyə və mühasibat fakültəsini bitirən Əhməd eyni zamanda iki ali təhsil müəssisəsinin diplomunu əldə edib.
“Mən 3-cü qrup əliləm. Bütün lazımi meyarlara cavab verdiyim üçün proqramda iştirak üçün müraciət etmək qərarına gəldim.
Xüsusi komissiya bütün müraciətlərə baxdıqdan sonra yaxşı qiymətlərimi nəzərə alaraq, məni 5 qalibdən biri kimi seçdi. Siyahı 2021-ci ilin dekabrında dərc olundu və orada adımı görəndə sevincimin həddi-hüdudu yox idi. Bu layihə tələbələr üçün əla fürsətdir. Təhsil almaq və inkişaf etmək istəyən gəncləri dəstəklədiyi üçün “McDonald’s Azərbaycan” şirkətinə təşəkkür etmək istəyirəm”.

Müsabiqənin digər qalibi, Biznes və Menecment fakültəsinin 2-ci kurs tələbəsi Telli Yusifli də Ə.Abdullayevlə eyni fikirdədir:

“Mən də xüsusi komissiya tərəfindən seçilən və “McDonald’s Azərbaycan”dan dəstək alan 5 tələbədən biriyəm. Şirkət mənim bütün təhsil xərclərini ödəyir. Bu gözəl təşəbbüsə görə dərin minnətdarlığımı bildirirəm”.
Maliyyə və mühasibat fakültəsinin 4-cü kurs tələbəsi Nəzrin Abbaslı da proqramda iştirakla bağlı təəssüratlarını bölüşüb:

“Şirkət tərəfindən dəstəklənən 5 tələbə arasında olmaq məni çox sevindirdi. O qədər xoşbəxt idim ki, əvvəlcə bunun həqiqət olduğuna inana bilmirdim. Əminliklə deyə bilərəm ki, bu, mənim daha da yaxşı oxumağım və əldə etdiklərimlə kifayətlənməməyim üçün stimul oldu. Bu gözəl proqramın həyata keçirilməsində əməyi olan hər kəsə öz adımdan və ailəmizin adından təşəkkür edirəm!”.
UNEC-in Zaqatala filialının 2-ci kurs tələbəsi Aşabel Osmanova xatırlayaraq deyir ki, “McDonald’s Azərbaycan” şirkətinin onun təhsili ilə bağlı bütün xərcləri öz üzərinə götürməsi haqqında xəbər bütün ailəsi üçün xoş sürpriz olmuşdu.

“Seçilmiş 5 tələbədən biri olduğumu öyrənəndə sevincimin həddi-hüdudu yox idi. “McDonald’s Azərbaycan” bu tədris ilində yenidən təhsil xərclərimi öz üzərinə götürdü və bununla, ailəmizə böyük dəstək vermiş oldu. Tələbə və onun valideynləri üçün bundan böyük sevinc ola bilməz.
Ümid edirəm ki, nə vaxtsa "McDonald's"ın Zaqatala-Balakən bölgəsində də filial açacaq. Orada menecer kimi işləmək şansım olsa, buna şad olaram! Bu gözəl layihəyə görə təşkilatçılara bir daha təşəkkürümü bildirirəm”, - Aşabel Osmanova bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
13 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul















.jpg)



.jpg)



