Azərbaycanda vergi ödəyicilərinin yarısı aktiv deyil - SƏBƏBLƏR
Azərbaycanda dövlət qeydiyyatına alınmış vergi ödəyicilərinin təqribən yarısı qeyri-aktivdir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı statistika əsasında deyə bilərik.
Belə ki, bu il dekabrın 1-nə ölkədə 1 399 990 vergi ödəyicisi olub. Bunun isə 709 557-si və yaxud 50,7 %-i aktiv olub. Başqa sözlə, qeydiyyatdan keçmiş 690 443 vergi ödəyicisi qeyri-aktivdir.
"Bakı Hesabat Mərkəzi" MMC-nin rəhbəri Mehdi Babayev qeyri-aktiv vergi ödəyicilərinin sayının çox olmasını müxtəlif səbəblərlə izah edir:
“Bəzən sahibkarlar biznesin davamlılığını təmin edə bilmir və fəaliyyətini dayandırmağa məcbur olur. Amma bu, əsas səbəb deyil. Elə təsərrüfat subyektləri var ki, qanunvericiliyin yaratdığı imkanlardan, o cümlədən vergi güzəştlərindən və azadolmalarından, həmçinin vergi yükünü azaldan müddəalardan biznes maraqları üçün istifadə edir. Düzdür, belə hərəkətlər qanunsuz olmasa da, necə deyərlər, vergidən qanuni yayınma imkanı yaradır. Məsələn, mikro sahibkarlıq subyektləri, yəni illik dövriyyəsi 200 000 manata qədər olan təsərrüfat subyektləri üçün Vergi Məcəlləsində mənfəət və ya gəlir vergisinə dolayısı ilə 75 % güzəşt və dividendlərdən də 10 % vergi azadolması nəzərdə tutulub. Bu imkandan istifadə etmək üçün bəzi sahibkarlar, yaratdığı hüquqi şəxsin illik dövriyyəsinin 200 000 manatdan çox olma ehtimalını gördükdə bu hüquqi şəxsin fəaliyyətini dayandırıb növbəti hüquqi şəxs yaradır, beləliklə də bu hal dəfələrlə təkrarlana bilir. Nəticədə isə fəaliyyəti dayandırılan, yəni qeyri-aktiv edilən müəssisələrin sayı artır”.
M.Babayev digər səbəbin isə fərdi sahibkarlarla bağlı olduğunu bildirir:
“Fiziki şəxslər bəzi "işbazların", yəni dolayısı ilə vergilərini azaltmaq istəyənlərin təsirinə düşürlər. Bəzi hallarda əmək müqaviləsi bağlanaraq işçi kimi işə qəbul edilən fiziki şəxslərin sonradan işəgötürənin təhriki və yaxud iradəsi ilə əmək müqaviləsinə xitam verilir, həmin şəxs ayrıca vergi ödəyicisi kimi qeydiyyata alınır, onunla Vergi Məcəlləsinin verdiyi imkanlardan istifadə etməklə, yəni daha az vergi ödəməklə "mülki hüquqi münasibətlər” qurulur. Əslində məqsəd həmin fiziki şəxsin iqtisadi maraqlarını, onların gələcək pensiya təminatını qorumaq deyil, işəgötürən ona VÖEN aldırmaqla vergilərini azaltmaq istəyir. Bununla belə, son zamanlar vergi və əmək qanunvericiliyimizdə aparılan ciddi islahatlar nəticəsində belə halların qarşısı alınmağa başladıqdan sonra həmin fiziki şəxslər VÖEN ilə bağlı faəliyyətlərinə xitam verməli, bir çox hallarda isə fəaliyyətlərini müvaqqəti dayandırmalı oldular. Belə fərdi sahibkarların sayı 100 minlərlərdir”.
Dövlət Vergi Xidmətindən isə bildirilib ki, ölkədəki qeyri-aktiv vergi ödəyicilərinin əsas hissəsi mikro sahibkarlıqla məşğul olan fiziki şəxslərdir:
“Onlar müvəqqəti fəaliyyəti göstərir, əksər hallarda mövsümi işlərlə məşğul olur. Məsələn, müəyyən bir iş görürlər, sonra fəaliyyətlərini dondururlar, amma VÖEN-lərini bağlamırlar. Yenidən hansısa bir xidmət göstərməli olanda, bir iş götürəndə fəaliyyətlərini aktiv edir, götürdüyü işləri görür, vergi hesabatlarını göndərir və növbəti iş götürənə qədər fəaliyyətlərini müvəqqəti dayandırırlar”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
21 saat sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
16 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
16 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb
-
1 saat əvvəl
Azərbaycanda əhalinin borc yükü son illərin ən yüksək səviyyəsinə çatıb
-
2 saat əvvəl
Azərbaycanda bank kreditləri qeyri-neft iqtisadiyyatından iki dəfə sürətlə artıb
-
2 saat əvvəl
Kapital Bankın xalis mənfəəti 297 milyon manata çatıb – 30%-ə yaxın artım
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda mənzil öz qiymətini kirayə ilə 23 ilə çıxarır
İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb
Ən çox oxunanlar
ABB-yə depozit axını
Azərbaycanda əhali 9 ayda alış-verişə 50,8 milyard manat xərcləyib – Ən çox alınan mallar açıqlanıb
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
























