“Dəmir market”lərdə qanunsuz siqaret ticarəti davam etməkdədir
Küçələrdəki xaricdə istehsal olunmuş siqaretlərin qanunsuz ticarətində azalma müşahidə edilmir. İdxalın kəskin azalmasına baxmayaraq, buradakı alverçilər satmaq üçün siqaret qıtlığı yaşamırlar. Ehtimal ki, ölkəyə siqaret idxalının azalmasının səbəbləri arasında yerli istehsalla yanaşı, qeyri-qanuni yolla gətirilən belə məhsulların da payı az deyil.
Qeyd etmək lazımdır ki, təkcə son bir neçə ayda Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən xeyli miqdarda tütün məmulatının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Üç fakt üzrə 970 320 ədəd siqaret (“Kent”, “Marlboro”, “Parliament”, “Milano”, “Senator” və digər markalı) aşkar olunaraq müsadirə edilib. Komitə, eyni zamanda, Bakı və Sumqayıtda üç fakt üzrə ölkəyə qanunsuz yollarla gətirilmiş 152 308 ədəd siqaret aşkar edib. Bütün bunlar ölkəyə qanunsuz yollarla gətirilən tütün məmulatlarının bir hissəsi olmaqla siqaret qaçaqmalçılığının və onun küçələrdəki satışının hansı miqyasda olması barədə əyani təəssürat yaradır.
Bu arada onu da xatırlatmaq yerinə düşər ki, cari ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidmətinin DGK-da keçirdiyi kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində ortaya çıxan cinayət əməllərindən biri də siqaretlə bağlı olmuşdu. Belə cinayət məsuliyyətinə cəlb edilən Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Məsum Rəsulovun müsadirə edilmiş müxtəlif adda siqaret məhsullarını təmas xəttində xidmət edən hərbi qulluqçulara paylanılması üçün Müdafiə Nazirliyinə deyil, şəxsi məqsədləri naminə müvafiq yollarla rəsmiləşdirməyə yönəltdiyi aşkar edilmişdi.
Şübhəsiz ki, siqaretlərin ölkəyə qeyri-qanuni gətirilməsi külli miqdarda gömrük ödənişlərinin və vergilərin dövlət büdcəsinə ödənilməsindən, mənşə, keyfiyyət üzrə və digər qanuni tələblərdən yayınmaq məqsədi daşıyır. Halbuki bu, dövləti xeyli miqdarda gəlirdən məhrum etməklə onun iqtisadi təhlükəsizliyinə, bu sahədə qanuni fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, istehlakçıların sağlamlığına, habelə sosial-rifahı dövlət büdcəsindən asılı olan əhalinin mənafeyinə ziyan vurur.
Lakin buna baxmayaraq küçələrdəki qanunsuz siqaret ticarəti bu gün də davam etməkdədir. Hətta bu sahədə sərt qanunvericiliyin mövcud olmasına rəğmən belə!
Belə ki, Cinayət Məcəlləsinin 213-cü maddəsi aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısını və digər halları nəzərdə tutur. Bu maddənin 1.1-ci bəndinə görə, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlamaya və idxal etməyə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu əməllər külli miqdarda (2000 manatdan yuxarı olan məbləğdə), təkrar, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Həmçinin, pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan malları nağd qaydada xeyli miqdarda (500 manatdan 2000 manatadək olan məbləğdə) satma, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu əməllər külli miqdarda (2000 manatdan yuxarı olan məbləğdə) törədildikdə isə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Aydın məsələdir ki, “dəmir market”lərdə satılan xarici siqaretlər isə Azərbaycana aid aksiz markası ilə markalanmadığı kimi buradakı məhsulların topdan alışı da nağd qaydada aparılır.
Artıq 20 ildən çoxdur ki, qüvvədə olan “Tütün və tütün məmulatı haqqında” Qanuna görə, dövlət reyestrində qeydiyyata alınmış, müəyyən edilmiş qaydada verilmiş uyğunluq sertifikatı və ya onun tanınması barədə şəhadətnaməsi olan, keyfiyyət tələblərinə cavab verən tütün və tütün məmulatı idxal oluna bilər.
Qanunvericiliyə görə, istisna hal kimi, fiziki şəxslər tərəfindən bu tələblərə cavab verməyən, lakin öz şəxsi istehlakı üçün ölkəyə ay ərzində 200 ədəd siqaret gətirmək olar.
Bundan əlavə, hüquqi və fiziki şəxslər ərəfindən tütünün və tütün məmulatının idxalı üçün xüsusi razılıq (lisenziya), aksiz markası ilə markalanma, tütün məmulatının qutusu üzərində tütün çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq, nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı haqqında Azərbaycan dilində yazılar və digər tədbirlər görülməlidir.
Siqaretin idxalı ilə bərabər satışı üçün də tələblər qanunvericiliklə müəyyən edilir. Belə ki, tütünün və tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olmamalı, tütün məmulatının qutusu üzərində tütün çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq yazısı öz əksini tapmalıdır. Bundan başqa, tütün məmulatının markalanması və qutularının tərtibatı üçün də müvafiq tələblər mövcuddur. Eyni zamanda, siqaretin 18 yaşına çatmamış şəxslərə ümumiyyətlə, yuxarı yaş qruplarına isə ədədlə satışı qadağandır.
Həmçinin, tütün məhsullarının satış yerləri üçün də məhdudiyyət var. Yəni, siqaret heç də hər yerdə satıla bilməz. Qanunvericiliyə görə, tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. Bununla yanaşı, tütün məmulatının ticarəti yerlərində tütün məhsulu çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır.
Yerdə qalır aidiyyəti qurumların qanunsuz siqaret ticarəti ilə mübarizə tədbirlərini gücləndirməsi. Əks təqdirdə, “dəmir market”lər insanları zəhərlədikləri bəs deyilmiş kimi, dövlətin “cibinə” də girməkdə davam edəcəklər...
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
11 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
12 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib





















