"Veysəloğlu" peşəkar həyatda bərabərliyi dəstəkləmək məqsədilə BMT-nin təşəbbüsünə qoşuldu
Veysəloğlu Şirkətlər Qrupu Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (QSGP – WEPs/Women Empowerment Principles) qoşulmaqla gender bərabərliyi üzrə öhdəliklər götürdüyünü bəyan edir.
Veysəloğlu Şirkətlər Qrupu insan kapitalının inkişafını dəstəkləyəcək daha bir istiqamətdə fəaliyyətə başladı. Belə ki, Şirkətlər Qrupu gender bərabərliyini və qadınların iş yerində, əmək bazarında və cəmiyyətdə səlahiyyətləndirilməsini təşviq edən Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (QSGP) qoşuldu. QSGP (WEPs) BMT-nin Qadınlar üzrə Agentliyi və BMT Qlobal Sazişinin birgə təşəbbüsüdür.
Veysəloğlu Şirkətlər Qrupunun bu təşəbbüsə qoşulmaqda əsas məqsədi gender bərabərliyini biznes prioritetlərindən biri olaraq təyin etmək, bu istiqamətdə fəaliyyətlər həyata keçirmək və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasının zəruriliyini təşviq etməkdir: https://www.weps.org/company/veyseloglu-group-companies
Veysəloğlu Şirkətlər Qrupunun PR və Kommunikasiyalar departamentinin rəhbəri Jalə Əzizova bunları vurğulayıb: “Ölkə və cəmiyyətimiz üçün dəyər yaratmaq biznes fəlsəfəmizin əsasını təşkil edir. Cəmiyyətin real və dayanıqlı inkişafı isə yalnız bərabər imkanlar və inklüzivlik ilə mümkündür. Biz ənənəvi olaraq, kişilərin çalışdığı sahə kimi tanınan pərakəndə satış və logistika sektorunda müsbət mənada dəyişiklik etmək üçün yola çıxdıq”.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG qrupudur (www.veyseloglu.az) və hazırda 8000 nəfərdən çox qadının iş yeridir. Şirkətlər Qrupu gender bərabərliyi mövzusunda Birləşmiş Millətlər Təşkilatı ilə həmrəylik nümayiş etdirir və inanır ki, qadınların dəstəklənməsi nəinki qadınlar, həm də biznes, iqtisadiyyat və cəmiyyət üçün zəruridir.
QSGP-nə qoşulmaqla Veysəloğlu Şirkətlər Qrupu 7 prinsipə riayət etməyi - 1. Gender bərabərliyi mövzusunda yüksək rəhbərliyin tam dəstəyini təmin etməyi; 2. İşdə bütün qadın və kişilərə ədalətli davranmağı; 3. Bütün qadın və kişilərin sağlamlıq, təhlükəsizlik və rifahını təmin etməyi; 4. Qadınların təlim, təhsil və peşəkar inkişafını dəstəkləməyi; 5. Qadınların tədarük zəncirində iştirakını, onların bizneslərini dəstəkləməyi; 6. Bərabərliyi təşviq etməyi; 7. Gender bərabərliyi istiqamətində görülən işlərlə bağlı ictimaiyyətə hesabat verməyi - üzərinə götürür.
Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
13 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
13 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
13 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub

























