Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Startapda potensialı görüb bölgələrə də üz tutmuşuq" - Rəşad Eyvazov

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Startapda potensialı görüb bölgələrə də üz tutmuşuq" - Rəşad Eyvazov
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda startapların inkişafına təkan verən müxtəlif innovasiya mərkəzləri var. “SUP.VC” də onlardan biridir. İnkubasiya mərkəzinin rəhbəri Rəşad Eyvazov ötən il dünyaca məşhur tədbir olan “TechCrunch”da iştirak edib. Onlar hər il dünyaca məşhur bir sıra tədbirlərdə iştirak edirlər. SUP.VC-nin fəaliyyəti regionları da əhatə edir. Səfərlərlə bağlı bütün suallarımızı Rəşad Eyvazov cavablandırır.

-“SUP.VC”nin səsi ötən ilin sonunda  Amerikada San-Fransisko şəhərində keçirilən texnologiya tədbiri “TechCrunch”dan gəldi. Dünyanın diqqətində olan bu tədbirin əhəmiyyəti nədir? Startaplar orada niyə iştirak etməlidir?

- “TechCrunch” texnologiya dünyasında keçirilən ən böyük tədbirlərdən biridir. Pandemiyadan sonra yenidən biz ora qatıldıq. Azərbaycandan mələk investorlar, startapların olduğu 10 nəfərdən ibarət nümayəndə heyəti ilə  iştirak etdik. Bu, sevindirici haldır. Dünyanın dörd bir tərəfindən, müxtəlif ölkələrdən, qardaş Türkiyədən iştirakçılar var idi. Bu tədbir niyə lazımdır? Gündəmdə olan trendləri bilmək, innovasiyaları, texnologiyaları izləmək, maraqlı mövzulardan agah olmaq, yeni tanışlıqlar qurmaq üçün bu mütləqdir. Yatırım dünyasında nə baş verir? Yeni startaplar peydə olur, bazara çıxır. Ümumiyyətlə, yeni innovasiya hara gedir və inkişafın hansı  istiqamətdə olduğunu bilməliyik. Biz mütəmadi bu tədbirdə iştirak edirik. Tək bu tədbir deyil, innovasiya qovşaqları, şəhərlərin hamısına gedirik.  Silikon Vadisinə də səfərlərimiz olur.

-Diaspora ilə görüşləriniz olur. Oradakı “tech-diaspora” hansı işlə məşğuldur? Neçə üzvünüz var və ora üzv olmağın üstünlükləri nələrdir?

- Bu, hər hansısa bir dövlət təşkilatı deyil. Sadəcə adı “Techdiaspora”dır. Böyük şirkətlərdə çalışan, öz startapını quranlar,  sürətlə irəliləyən innovasiya şirkətlərində işləyənlərlə birgə 200-dən çox azərbaycanlı mühəndisin olduğu bir icmadır. Böyük şirkətlər dedikdə bura Facebook, Twitter, Linkedin, Amazon və digərləri daxildir. Biz hər səfərimizdə onlarla görüş keçiririk, fikir mübadiləsi aparırıq, yeniliklər barədə danışırıq. Bu dəfə də biz  20 azərbaycanlı ilə orada görüşdük. Biz baxırıq ki, onlar nə ilə məşğuldurlar, hansı istiqamətdə inkişaf edirlər. Onlar vətənə gələndə biz startaplarla onların görüşünü keçiririk və ya onlayn fikir mübadiləsinə kömək edirik ki, bir-birlərinə dəstək olsunlar. Onu da vurğulamaq istəyirəm ki, elə 44 günlük müharibə vaxtı mediada olan qərəzli məlumatların qabağını almasında da həmin  soydaşlarımızın böyük bir əməyi oldu. Yəni bu görüşlərin ancaq müsbət tərəfi var ki, amerikada yaşayan azərbaycanlılar bir-birini tanıyır və köməkləşirlər.

-“SUP.VC”nin adı tez-tez region layihələrində görünür. Xüsusilə, sizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə layihələrdə görürük. SUP.VC regionlarda innovasiyalarla bağlı nələr edir?

- Keçən ilin noyabrında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC-nin təşkilatçılığı ilə  Azərbaycanın beş bölgəsində - Şəki, Zaqatala, Mingəçevir, Gəncə və Lənkəran bölgələrində, mentorların yetişdirilməsi üçün proqrama başlamışıq. Bu, bizim bölgələrdə ilk layihəmiz deyil. Bölgələrdə fərqli təcrübələrimiz olub. Biz regionda nə edirik? İcmaya aid təbdirlərimiz olur. Tədbirlər planı üç fərqli tədbir formatındadır. Söhbətlər – “talk”lar, “workshop”lar və panel müzakirələri. Bu kimi tədbirlərin əsas məqsədi regionlarda innovativ təfəkkürün formalaşmasıdır. Gələcəyin peşələri, gənclərin innovativ peşələrə yiyələnməsi, biznes tələbləri və trendlərdən danışırıq. Region gənclərinə startap nədir, innnovativ biznesi necə qurmaq olar kimi mövzularla çıxış edirik. Biz sadə mövzulardan başlamışıq ki, insanların, ümumiyyətlə, bir anlayışı olsun, təfəkkür formalaşsın və biz icmanı addım-addım irəli aparaq.

-SUP.VC adətən atdığı addımların nəticəsini gözləyir. Bu layihələrdə əsas məqsəd nədir?

- Tədbirlərdən qoyulmuş qısa müddətli hədəf: ilin sonuna ən azı hər bölgədən iki hazır MVP (minimum viable product) məhsulu olan startapın çıxarılmasıdır. Yəni hər bir bölgə üçün işləyən bir məhsulun olmasıdır. Uzunmüddətli hədəfimiz isə biz istəyirik ki, artıq Azərbaycan miqyasında bölgələrdən çıxan uğurlu startaplar olsun.

-Bu, sizin ilk səfəriniz deyil. Regionlara bundan əvvəl, yayda, payızda səfərləriniz olub. Region gənclərinin paytaxt gəncləri arasında hansı fərqlər var? Onların sizin təşəbbüsünüzə reaksiyaları necədir?

- Qısa və uzunmüddətli hədəflərimiz regionda, əlbəttə, alınacaq. Biz buna inanırıq. İnanmasaydıq, ümumiyyətlə, biz bu işə başlamazdıq. Bölgələrdəki gənclərimizin potensialı və həvəsi çox böyükdür. Biz həmin gənclərlə danışanda görürük ki, o gənclərdə bir aclıq hissi var və onlar hər zaman bizdən soruşurlar ki, bunun davamı olacaq, ya yox. Biz o potensialı görürük, onlar həvəslidirlər. Bakıya gələn və uğurlu olanlar startaplarda elə bizim bölgələrdən olan əksər gənclər olub və biz o potensialı görüb bölgələrə də üz tutmuşuq. Əfsuslar olsun ki, bu vaxta qədər bölgələr kənarda qalıb və innovativ tədbirlər, layihələr çox az olub. Yəni planlanmış formada və dayanıqlı olmayıb.

-Regionlarda inkubasiya mərkəzinin açılması nəyə görə vacibdir?

- Gənclər o mərkəzlərdə yığışıb, öz layihələri üzərində işləyib və yerli mentorlardan dəstək ala bilsinlər deyə bu mərkəzlərə ehtiyac var. Biz indi dövlət tərəfindən həmin dəstəyi gözləyirik. Gələcək il üçün biz inkubasiya proqramına başlamağı planlayırıq. Bu, regionlarda yeni innovativ ideyaların yetişməsinə, startapların yaranmasına və inkişafına ciddi təkan verəcək.

-2023-cü ildə hansı regionları əhatə edəcəksiniz?

- Şadıq ki, nazirlik bizə etimad edir və bu layihələr davam edir. 2022-ci ildə qeyd etdiyim 5 region əhatə etdik. Toplamda 16 tədbir keçirmişik. Paralel olaraq mentor proqramı davam edir. Hər bölgədən iki nəfər seçmişik və onları mentor kimi yetişdiririk. Mingəçevir, Gəncə, Şəki, Zaqatala və Lənkəran, 2023-ci ildə isə Sumqayıt şəhərində proqramlar davam edəcək.

-Müsahibəyə görə, təşəkkür edirik.

Rəşad Eyvazov SUP.VC TechCrunch inkubasiya mərkəz startaplar
06.02.2023 10:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ