"QoldenPey" ASC-də yeni təyinatlar!
Azərbaycanın ilk və ən böyük onlayn ödəmələr şirkəti – "QoldenPey" ASC-nin (“GoldenPay” ticarət nişanı ilə fəaliyyət göstərən) İdarə Heyətinə yeni təyinatlar olub.
"QoldenPey" ASC-nin İdarə Heyətinin Sədri Naina Mehdiyevanın Marja-ya verdiyi məlumata görə, İdarə Heyətinə 2 yeni üzv təyin edilib.
O qeyd edib ki, bu dəyişikliklər şirkətə yeni nailiyyətlər gətirmək və daha da inkişaf etmək üçün müstəsna rol oynayacaq. Belə ki, İdarə Heyətinə Abdullayev Eynar Rəfail oğlu və Həsənov Elçin Allahverən oğlu təyin edilib.
Abdullayev Eynar Rəfail oğlu 2020-ci ildən etibarən" QoldenPey" ASC şirkətində çalışmış və çoxsaylı uğurlu layihə və kampaniyaların həyata keçirilməsində, yerli və beynəlxalq əməkdaşlıqların qurulmasında töhfəsini verib. Hazırda "QoldenPey" ASC şirkətində Kommersiya üzrə Baş Direktoru vəzifəsini icra edir.
Həsənov Elçin Allahverən oğlu 2015-ci ildən etibarən "QoldenPey" ASC şirkətində müxtəlif vəzifələrdə çalışıb və şirkətin fəaliyyətində bir sıra uğurlara imza atıb. Hazırda "QoldenPey" ASC şirkətində Maliyyə üzrə Baş Direktor vəzifəsini icra edir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti "GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında "QoldenPey" ASC şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
GoldenPay şirkətinin partnyor şəbəkəsinə ABB Mobile, BirBank, Pasha Mobile Bank, Rabitəbank Mobile, Ubank by Unibank, “ASAN Ödəniş” sistemi, Premium Bank Mobile, ExpressPay, CİB.az və bir çox digər təşkilatlar kimi ölkənin aparıcı tətbiqləri daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)






