Azərbaycanda Bolt sürücüsünə 267 manat bəxşiş verilib, 1 nəfər il ərzində 1755 dəfə istifadə edib
Bolt şirkəti 2022-ci il üzrə yekunları elan edib.
Şirkətdən Marja-ya daxil olmuş məlumata görə, yeni 2023-cü ildə Bolt şirkəti əvvəlki kimi hələ də innovasiya, təhlükəsizlik, coğrafiyanın genişləndirilməsi, həmçinin istifadəçilərin həyat rahatlığının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərməyə davam edir. Ənənəvi olaraq, Bolt şirkəti öz işlərinə dair yekunları elan edir və gələcək üçün planlar qurur.
Qeyd edilib ki. 2022-ci ilin ən mühüm nəticələrindən biri Bolt xidmətinin istifadəçiləri üçün yeni sığorta proqramının yaradılması olub. Bu proqram “PAŞA Sığorta” sığorta şirkəti ilə birgə işlənib hazırlanıb. Yeni sığorta Bolt ilə edilən bütün səfərlərə şamil edilir və hadisələrin maksimum sayını əhatə edir. Belə bir yenilik yalnız şirkət üçün deyil, həm də bütün ölkə üçün vacibdir, çünki Bolt Azərbaycanda öz istifadəçiləri üçün sığorta proqramını tətbiq edən ilk avtomobil sifarişi xidmətidir.
2022-ci ildə Bolt sabit şəkildə inkişaf edərək Azərbaycandakı iştirakını genişləndirib. Səfərlərin sifarişi xidməti olan Bolt ölkənin daha bir neçə şəhərində - Şəki, Şəmkir, Mingəçevir və Qəbələ şəhərlərində fəaliyyətə başlayıb.
Azərbaycana turistlər də gəlir. ölkə qonaqlarının maksimum rahatlıqla hərəkət etməsi, eləcə də uzaq məsafələrə səyahət edə bilməsi üçün Bolt yeni “Travel” səyahət kateqoriyasını təqdim etdi. Eləcə də bu il daha bir yeni kateqoriya meydana çıxdı, həmin kateqoriya “Comfort Plus”dur. O, avtokomfort və biznes-klass ilə səyahət edən sərnişinlər üçün nəzərdə tutulmuşdur.
Məlumatda bildirilib ki. coş məqamlardan biri Bolt ilə əməkdaşlıq edən fəal sürücülər arasında hədiyyələrin oynanılması olub. "Baş mükafat Haval Jolion avtomobili idi. Bundan əlavə, hər həftə digər hədiyyələr də oynanılırdı: Trimmer BRAUN BT3221; Samsung Galaxy A13 smartfonu; Samsung Galaxy Watch 4 smart saatı və s. Cəmi 44 gözəl və faydalı hədiyyə oynanıldı. Bolt sürücüləri eyni anda bir neçə uduşda iştirak edə bildiyi üçün 44 qalib eyni anda bir neçə mükafat qazandı".
Bolt 2022-ci il üçün daha bir neçə maraqlı məlumat statistikasını təqdim edib:
- bir səfər zamanı gedilən ən uzun məsafə - 176 km;
- ən aktiv istifadəçi ildə 1755 səfər edib;
- Bolt sürücüsünə verilən ən yüksək bəxşiş məbləği 267 AZN-dir.
“Bolt şirkəti həm öz müştəriləri, həm də əməkdaşlıq etdiyi sürücülərinin qayğısına qalır. Hər zaman onlar üçün daha nə edə biləcəyimiz barədə düşünürük. Bu il də işlər məhz bu istiqamətdə aparılıb. İstifadəçilərimizi mümkün qədər qoruyan sığorta proqramının yaradılması hadisəsini 2022-ci il üçün olan mühüm nailiyyətimiz hesab edirik. Aktiv sürücülərə təşəkkür etmək üçün qiymətli hədiyyələr oynanılan uduşumuzu keçirtdik. Biz həmçinin hesab edirik ki, rayd-heylinq xidmətlərinin inkişaf etdirilməsi Azərbaycandakı şəhərlərin inkişafı üçün faydalıdır. Belə xidmətlər sayəsində şəhərlər tıxaclar və şəhər mərkəzinin avtomobillərlə sıxlığı kimi bir sıra problemlərdən xilas ola bilər. Biz xidmətin coğrafiyasının genişləndirilməsinə, eləcə də həm istifadəçilər, həm də sürücülər üçün göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə böyük diqqət yetiririk. Gələn il də biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Ümumiyyətlə, mən 2022-ci ili uğurlu il hesab edirəm və Bolt komandasının hər bir üzvünə səmərəli iş gördüyü üçün minnətdaram”, - deyə Bolt Azərbaycanın səfər sifarişləri üzrə şöbə rəisi Naim Əzizov bildirib.
Qeyd edilib ki. bu il Bolt Food xidməti Gəncə şəhərində fəaliyyətə başlayıb. Bolt Food tətbiqində həmçinin "Kuryerə bəxşiş qoymaq" funksiyası da əlavə olunub.
2022-ci ildə Bolt Food beynəlxalq KFC zənciri ilə əməkdaşlığa başlayıb. Bundan əlavə, şirkət tətbiqdə "Magazalar" düyməsini təqdim edib ki, istifadəçilər yerləşdikləri yerin yaxınlığında sevimli mağazaları asanlıqla tapa bilsinlər.
“Yeni bir şəhərdə Bolt Food xidmətinin işə salınması çox səy və sistemli, planlı iş tələb edən bir prosesdir. Biz restoranlarla çoxlu danışıqlar aparmışıq və yeni müəssisələri bu xidmətə qoşmağa davam edirik. Bolt Food tətbiqində dünyanın müxtəlif xalqlarının mətbəxlərinin olması və hər bir istifadəçinin öz sevimli yeməklərini sifariş edə bilməsi bizim üçün vacibdir. Azərbaycanın ikinci böyük şəhəri Gəncədə xidmətin istifadəyə verilməsini ötən ilin mühüm nailiyyəti hesab edirik”, - deyə Bolt "Food Azərbaycan" qida çatdırılması istiqamətinin rəhbəri Qədim Vəliyev bildirib.
Bolt daha bir neçə maraqlı faktı təqdim edib :
- ən məşhur yemək - lavaşda şaurmadır;
- 2022-ci ildə bir çekdə maksimal yemək sayı 37 adda yemək olmuşdur;
- Bu il Bolt Food Azərbaycan istifadəçiləri arasında yemək sifarişi üçün ən məşhur gün 2 sentyabr olub;
- Ən məşhur yemək il ərzində 96 270 dəfə sifariş edilib.
Qeyd edək ki, Bolt 45 ölkədə, o cümlədən Avropa və Afrikanın 400-dən çox şəhərində 100 milyon insan tərəfindən istifadə edilən Avropa multitətbiqidir. Şirkət öz istifadəçilərinə daha yaxşı alternativlər təklif etməklə şəxsi avtomobillərdən ortaq mobillik xidmətlərinə keçidi sürətləndirməyə çalışır. Boltun xidmətlər silsiləsinə səfərlərin sifarişi, karşerinq, elektrikli skuterlərin icarəsi, qida və məhsulların çatdırılması daxildir.
Hazırda səfərlərin sifarişi xidməti olan Bolt Azərbaycanın yeddi şəhərində fəaliyyət göstərir, həmin şəhərlər bunlardır: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt və Şəki.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 15 saat əvvəl
-
15 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
17 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 17 saat əvvəl
-
17 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb


















