“EY İlin İş Adamı” müsabiqəsinin qalibi elan edildi
(®️) Azərbaycanda dördüncü ildir ki, keçirilən “EY İlin İş Adamı” müsabiqəsi başa çatıb.
Fevralın 16-da JW Marriott Absheron otelində təşkil edilmiş tədbirdə qalib elan edilib.
ABB-nin dəstəyi ilə keçirilən müsabiqənin əsas qalibi “Simbrella” şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov olub. O, Azərbaycanı “Dünya Üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. “Simbrella” şirkəti maliyyə texnologiyaları (FinTech) sahəsində qlobal miqyasda fəaliyyət göstərən Azərbaycan şirkətidir. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 13 namizəd arasından seçilib.
“İnnovasiya” nominasiyasında isə “Pickvisa” şirkətinin təsisçisi Baba Ağayev, “Sosial təsir” nominasiyasında “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə, “Regional inkişaf” nominasiyasında “Savalan ASPI Winery”nin rəhbəri Fuad Seyidəliyev təltif olunub.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Bankın artıq dördüncü ildir ki, “EY İlin İş Adamı” müsabiqəsinə dəstək verdiyini diqqətə çatdırıb: “Bu müsabiqə yenilikçi iş adamlarımızı cəmiyyətimizə tanıdır, sağlam rəqabət mühiti yaradır, sahibkarlarımızı ruhlandırır ki, həmişə ən yaxşı olmaq uğrunda çalışsınlar. Bütün bunlar ölkəmizin biznes mühitinə mühüm töhfələrdir. “EY Azərbaycan” şirkəti bu müsabiqəni Azərbaycana gətirməklə çox gözəl bir ənənənin əsasını qoydu. Müsabiqənin niyyəti ABB olaraq bizim korporativ dəyərlərimizlə, sosial məsuliyyət prinsiplərimizlə tam üst-üstə düşür. Ona görə “EY İlin İş Adamı Müsabiqəsi”nə dəstək veririk və ölkəmizdə belə bir faydalı ənənənin formalaşmasında yaxından iştirakımızla qürur duyuruq”.
“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev deyib: “Son illərdə pandemiya və geosiyasi məsələlər qlobal dəyişikliklərə səbəb olub. Bunlar həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarların bizneslərinə öz təsirini göstərib. “EY”ın ölkəmizdə təşkil etdiyi bu müsabiqənin məqsədi yaşanan çətinliklərə baxmayaraq sahibkarlıq ruhunu üstün tutmuş və yollarına davam etməyə qərar vermiş layiqli şəxsiyyətləri qiymətləndirməkdir. İnanıram ki, bu əzm və dayanıqlılıq nümayiş etdirən insanlar bazarda yaşanan tənəzzülün öhdəsindən uğurla gələrək digərlərini ruhlandırmağa və bizneslərin inkişafı üçün çalışmağa davam edəcəklər. “EY şirkəti, yaşadıqları və fəaliyyət göstərdikləri cəmiyyət üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan “EY İlin İş Adamı” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaqdan qürur duyur” – deyə o, əlavə edib.
bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Biz “EY İlin İş Adamı” müsabiqəsini dəstəkləməyə davam etməkdən məmnunuq, çünki o, sahibkarlığın uğurlarını və yerli müəssisələrin nailiyyətlərini tanıyır və üzə çıxarır. Bu məqsəd bp şirkətinin sahibkarlığın və yerli təchizat zəncirlərinin inkişafına yönəllmiş səyləri ilə üst-üstə düşür".
Müsabiqənin qalibi, “Simbrella” şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov bildirib: “İştirakçılarla tanış olanda mən başa düşdüm ki, hər kəs qalib olmağa layiqdir. Onlarla birlikdə finalda iştirak etmək mənim üçün şərəfdir. Seçilməyimi gözləməsəm də bu, mənim üçün çox sevindirici və qürurvericidir”.
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda 60-dan çox ölkədə təşkil olunur və dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir. ABB-dən başqa bu il bp, Veysəloğlu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), EKVİTA şirkəti və AZPROMO da müsabiqəyə dəstək verib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Gürcüstanın №1 daşınmaz əmlak şirkəti və "Trump Tower" Tbilisi layihəsinin arxasında duran Archi bir gündə mənzil satışları üzrə yeni rekord müəyyənləşdirib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gürcüstanın №1 daşınmaz əmlak şirkəti və "Trump Tower" Tbilisi layihəsinin arxasında duran Archi bir gündə mənzil satışları üzrə yeni rekord müəyyənləşdirib ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
Azərbaycanda ilk dəniz milli parkı yaradılır





















