ABŞ neft qiymətləri proqnozunu aşağı saldı
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə olan neft qiymətləri proqnozunu aşağı salıb.
"Marja" xəbər verir ki, EIA-nın iyul ayı hesabatında, Liviya və Nigeriyada xam neft hasilatının iyun ayında artdığına diqqət çəkilib, ABŞ-ın kommersiya xam neft ehtiyatlarının ötən ay və bu ayın əvvəlində artdığı qeyd edilib.
Hesabatda, sözügedən səbəblərə görə, 2017-ci ilə dair neft qiymətləri proqnozunun 2 dollar aşağı salındığı bildirilib.
Hesabata görə, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin orta hesabla barrel qiymətinin bu il 49 dollar olmasının gözləndiyi, Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il 51 dollar səviyyəsində olmasının nəzərdə tutulduğu məlumatına yer verilib.
EIA, keçən ay yaydığı hesabatında, WTI növü xam neftin builki orta hesabla barrel qiymətinin 51 dollar, Brent tipli xam neftin builki orta hesabla barrel qiyməti də 53 dollar olaraq təxmin edildiyini bildirmişdi.
Bundan başqa, gələcək ilə dair WTI növü xam neftin barrel qiyməti təxmini də 54 dollardan 50 dollara, Brent tipli xam neftin barrel qiyməti proqnozu da 56 dollardan 52 dollara endirilib.
ABŞ-IN NEFT İSTEHSAL PROQNOZUNU DƏYİŞMƏDİ
EIA, iyul ayı hesabatında ABŞ-ın bu ilə dair xam neft istehsal proqnozunu gündəlik orta hesabla 9,3 milyon barreldə sabit qaldığını açıqlayıb.
Digər tərəfdən, hesabatda, ABŞ-ın gələn ilki xam neft hasilat proqnozunun gündəlik orta hesabla 10 milyon bareldən sutkada orta hesabla 9,9 milyon barelə endirildiyi bildirilib.
Ölkədə ötən il xam neft istehsalı gündəlik orta hesabla 8,9 milyon, keçən ay isə gündəlik orta hesabla 9,2 milyon barrel olmuşdu.
QLOBAL NEFT İSTEHLAKI PROQNOZU DA AŞAĞI SALINIB
Qlobal neft istehlakına dair proqnozunu da dəyişən EIA, dünya üzrə neft hasilatı proqnozunu bu il və gələn il üçün gündəlik orta hesabla 0,1 milyon barrel aşağı salıb.
Qlobal neft istehlakının bu il gündəlik orta hesabla 98,5 milyon barel əvəzinə 98,4 milyon barel, gələn il də gündəlik orta hesabla 100,1 milyon barel əvəzinə 100 milyon barel olması ehtimal edilir.
EIA, bu il və gələcək ilə dair qlobal neft istehsalı proqnozlarını isə sabit saxlayıb.
Hesabatda, dünya üzrə neft istehsalının 2017-də gündəlik orta hesabla 98,3 milyon barrel, 2018-də də gündəlik orta hesabla 100,2 milyon barrel olacağı gözləndiyi məlumatı verilib.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir


























