Ekspertlər bazarlardakı vəziyyəti şərh ediblər - "Qeyri-sabitliyin davam edəcəyini gözləyirik"
Bank sektorunun səhmlərinin çökməsi fonunda ABŞ-da investorlar, Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) stabilləşdirici addımlarını gözləyir və vəsaitləri "təhlükəsiz sığınacaq" hesab edilən dövlət istiqrazlarına köçürürlər. Marja xəbər verir ki, ekspertlərin fikrincə, bazar kifayət qədər dəyişkən olaraq qalır.
Xəbər verdiyimiz kimi, Kaliforniya tənzimləyiciləri Silikon Vadisi Bankını (SVB) martın 10-da bağlayıb, bu da 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank uğursuzluğudur. SVB-nin iflası ABŞ Mərkəzi Bankının uçot dərəcəsini artırması ilə əlaqələndirilir və bu, bir çox maliyyə institutlarının balansında olan aktivlərin dəyərdən düşməsinə səbəb olub (dövlət istiqrazları ucuzlaşdığından bu qiymətli kağızlara yatırılan sərmayə "əriyib"). Bundan əlavə, hakimiyyət sistemli risklərə görə böyük "New York Signature Bank"ı bağlayıb.
Bu fonda bir sıra ABŞ banklarının səhmləri bazar ertəsi ticarət sessiyasının əvvəlində kəskin ucuzlaşıb və bazar kapitallaşmasının 80%-ə qədərini itiriblər. Bu, çaxnaşmanı "soyutmaq" üçün ticarət dayandırılıb. ABŞ bank sektorunun birja indeksi kəskin dəyər itiririb.
"Ola bilsin ki, ABŞ-ın bank sektorundakı mövcud vəziyyət Amerika tənzimləyicisinin monetar siyasətə baxışını dəyişsin. FED pul siyasətini dəyişdirmək üçün siqnallar verə bilər. Bu baxımdan investorlar “riskdən çıxmaq” rejimində qalırlar. İnvestorlar gəlirləri kəskin şəkildə aşağı düşmüş ABŞ dövlət istiqrazlarına keçməyə başlayıblar”,-analitiklərdən biri deyib.
Əgər keçən həftə FED-in pul siyasətini sərtləşdirməyə davam edəcəyi riskləri üstünlük təşkil edirdisə, bazar ertəsi bank sektorundakı qarışıqlıq fonunda bazarlar artıq FED-in faiz artımının daha yavaş tempini qiymətləndirməyə qayıdıblar.
"Fed maliyyə institutlarına vəsaitlərin verilməsi üçün yeni mexanizm elan edib. Məqsəd onları, bütün investorlarının ehtiyaclarını ödəmək iqtidarında olduğundan əmin etməkdir. ABŞ Xəzinədarlığı sabitləşdirmə fondundan dəstək üçün 25 milyard dollara qədər vəsait ayıracağını vəd edib”, -"BCS World of Investments"in analitiki bildirib.
"ABŞ-ın bank sektorundakı vəziyyət diqqət mərkəzində qalır və kifayət qədər qeyri-sabit bazar dinamikasının hərəkətverici qüvvəsidir. Bununla belə, Baydenin çıxışından və maliyyə tənzimləyicilərinin bəyanatlarından sonra bazar bir qədər sakitləşdi və satışların bir hissəsini geri qazandı. Biz qeyri-sabitliyin davam edəcəyini gözləyirik. Bu həftə ticarətin sonrakı hərəkətini müəyyən etmək çətin olacaq, çünki bazar çox fəal şəkildə gözləntilər yaradır və bu proses hələ tamamlanmayıb”, - deyə “Freedom Finance Global” şirkətinin iqtisadçısı bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə Nazirliyi 200 milyon manat da borc alır – Şərtlər açıqlandı
-
8 saat əvvəl
Toyota Abşeron-da RAV4 üçün yeni qiymət: 66 500 manatdan başlayaraq ®
-
9 saat əvvəl
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
-
9 saat əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
9 saat əvvəl
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
Ən çox oxunanlar
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
Gorusda Azərbaycan-Ermənistan texniki görüşü keçirilib
Dövlət Komitəsinin sədr müavini dəyişib - YENİ SƏRƏNCAM
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®






















