Avro Dollar qarşısında daha da bahalaşdı
ABŞ Mərkəzi Bankının (FED) faiz qərarından sonra Avro Dollar qarşısında 1%-dən çox bahalaşıb. 1 avronun qiyməti 1,09 dolları da keçib.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 22:50-yə olan məlumata görə, Avro/Dollar məzənnəsi 1,22% artımla 1.0902 dollar səviyyəsində olub. Məzənnə 1.0913 səviyyəsini də görüb.
Dolların Yapon yeninə nisbətdə məzənnəsi əvvəlki 132.49 yen dəyərindən 131.39 yenə düşüb (Dollar ucuzlaşıb, yeni bahalaşıb).
Dollar ucuzlaşdığından Brent neftinin qiyməti 1,9% artaraq 76,72 dollar/barelə yüksəlib.
FED iclasının nəticələrinin dərcindən sonra qızıl və gümüş bahalaşıb. Nyu-Yorkun Comex birjasında qızılın aprel fyuçerslərinin qiyməti 22,1 dollar və ya 1,14% artaraq 1 unsiya üçün 1962,95 dollar təşkil edib. Gümüşün may fyuçersləri 2,15% artaraq bir unsiya üçün 22,9 dollar təşkil edib. Fed-in qərarının açıqlanmasından əvvəl qızıl və gümüş unsiyası müvafiq olaraq 1949 dollar və 22,7 dollar səviyyəsində idi.
Mart iclasının nəticələrinə görə, FED faiz dərəcələrini 0,25 faiz bəndi də artıraraq illik 4,75-5% səviyyəsinə çatdırıb. FED 2023-cü ildə ABŞ iqtisadiyyatının artımı proqnozunu pisləşdirib. ABŞ-ın 2023-cü il üçün ÜDM artımı proqnozu dekabrdakı 0,5%-dən 0,4%-ə endirib, inflyasiya üzrə isə dekabrdakı 3,1%-dən 3,3%-ə yüksəldilib.
FED-in faizləri 0,25 faiz bəndi artırması, artımların sona yaxınlaşdığına işarə kimi qəbul edilir. Bu səbəbdən Dollar ucuzlaşır.
Federal Ehtiyat Sistemi (FED), son bank böhranı ilə bağlı ehtiyatlı olduğunu qeyd edərək və artımların sona yaxınlaşdığına işarə edib. 2022-ci ilin mart ayından etibarən doqquzuncu faiz artımı ilə yanaşı, faiz dərəcəsini təyin edən Federal Açıq Bazar Komitəsi gələcək artımların qeyri-məyyən olduğuna və əsasən məlumatlardan asılı olacağını qeyd edib.
“Komitə daxil olan məlumatları yaxından izləyəcək və pul siyasətinin nəticələrini qiymətləndirəcək. Komitə, inflyasiyanın zamanla 2 faizə qaytarılması üçün kifayət qədər məhdudlaşdırıcı olan pul siyasəti mövqeyinə nail olmaq üçün bəzi əlavə siyasət möhkəmlənməsinin məqsədəuyğun ola biləcəyini gözləyir.”
Həmçinin oxu
FED çətin faiz qərarını açıqladıMüştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Ən çox oxunanlar
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
























