2-ci Xəzər Su İnnovasiya Forumu bəyan edildi!
Bu il ölkəmizdə növbəti Xəzər Su İnnovasiya Forumu (Caspian Water İnnovation Forum) 30 may 2023-cü il tarixində Baku Marriott Hotel Boulevard-da keçiriləcəkdir.
Bugünkü dövrdə ölkəmizdə su təchizatı, su tullantılarının emalı, sudan qənaətli istifadə edən texnologiyaların ölkəyə cəlb olunması, su ehtiyatlarının və ətraf mühitin qorunub saxlanması kimi məsələlərin aktuallığı gündən günə artmaqdadır.
Bu sahədə aparılan islahatların və dövlət siyasətinin dəstəklənməsi, eləcə də mövcud problemlərin müzakirəsi və həlli yollarının müəyyən edilməsi məqsədilə hər il ənənəvi olaraq “Aqualink” MMC (Azərbaycan) təşkilatı, “Nijhuis Saur Industries” (Niderland), “A. O. Smith” (ABŞ), “ARC water technologies” (Türkiyə) şirkətlərinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinin dəstəyi ilə keçirilir.
Tədbir sudan səmərəli istifadə, bu sahədə optimal həll yolları və mütərəqqi texnologiyalardan istifadə, çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri, suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları mövzularına həsr edilmişdir.
“Gələcək üçün su” (“Water for future”) konsept mesajı ilə bu il keçiriləcək 2-ci Forumun əsas hədəfi regionda su təsərrüfatlarının idarəedilməsi, tullantı suların təkrar emalı, ekoloji sistemə təsirlərin müəyyən edilməsində yeni dünya təcrübəsinin mübadiləsi və qabaqcıl texnologiyaların nümayişi məqsədilə dövlət və özəl sektorunu bir araya gətirən müzakirə və əməkdaşlıq platformasının yaradılmasıdır.
Forumda müvafiq sahələr üzrə İsrail, Türkiyə, Yaponiya, Niderland Krallığı, Almaniya, Belçika Krallığı, Ukrayna, Qazaxıstan, Rusiya Federasiyası və digər ölkələrin aparıcı şirkətlərinin və tanınmış mütəxəssislərinin, o cümlədən 500-dən çox şirkət nümayəndələrinin, dövlət və özəl sektorunda çalışan mütəxəssislərin iştirakı gözlənilir.
Forum bu sahədə fəaliyyət göstərən dövlət qurumları, özəl şirkətləri, beynəlxalq təşkilatları, elmi tədqiqat müəssisələrini yeniliklər və innovativ həllərlə yaxından tanış edəcək, təcrübə mübadiləsini təmin edəcək, təlim və əməkdaşlıq platforması vasitəsilə yerli mütəxəssis və sahibkarlara dəstək olacaq, sudan qənaətlə istifadə, təbii ehtiyatların qorunması və ətraf mühitə neqativ təzyiqlərin azaldılması sahəsində ixtisaslaşmış müzakirələrin aparılmasını təmin edəcəkdir.
Forum ölkəmizdə sudan səmərəli istifadəni təşviq etmək, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan negativ təzyiqlərin (footprint) azaldılması, bu sahədə olan effektiv və mütərəqqi texnologiyaların öyrənilməsi, tətbiqi, o cümlədən dövlət və özəl sektorun sıx əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində müzakirə mühitinin yaradılmasına fokuslaşacaq.
Peşəkar moderator və spiker qismində yerli və dünyanın aparıcı şirkətlərinin mütəxəssisləri “Su ehtiyatlarının və təsərrüfatlarının idarəedilməsi”, “Tullantı su sistemlərinin idarəedilməsi və təkrar emalı”, “İnnovasiya və səmərəli həllər” panelləri üzrə müxtəlif mövzuları müzakirə edəcəklər.
Həmçinin Forum zamanı şirkətlərin öz məhsul və xidmətlərini sərgiləməsi üçün şərait yaradılacaq, tədbir iştirakçıları üçün fərqli aktivliklər təşkil ediləcəkdir.
Tədbirdə ilk dəfə ölkəmizdə sudan qənaətlə istifadə edən, su təsərrüfatının idarəedilməsində səmərəli və innovativ texnologiyalara keçid edən, sənayedə tullantı suları idarəedən və təkrar emal edən müəssisələrin mükafatlandırılması məqsədilə “GREEN BUSİNESS AVVARD” mükafatı təsis edilmişdir. Mükafat öncədən müəyyən edilmiş meyarlar üzrə seçilmiş şirkətlərə tədbir günü təşkil ediləcək “GALA” konsertdə təltif ediləcəkdir. Mükafatlandırmada iştirak etmək üçün (https://wif.az/) ünvanından qeydiyyatdan keçən şirkətlərin qiymətləndirməyə alınacaqdır.
Xəzər Su İnnovasiya Forumuna iştirak etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (https://wif.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/profile.php?id
İnstaqram: https://www.instagram.com/waterinnovationforumbaku
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
3 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
3 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
4 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
4 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür









.jpg)













