Murovdağ tunelində 14 ehtiyat keçidin tikintisi yekunlaşıb - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədi ilə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında olub.
Marja agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, səfər çərçivəsində Saleh Məmmədov ümumi uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikinisi və yol üzərində inşa olunan dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinə baxış keçirib.
Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda torpaq yatağının, süni qurğuların və 4 avtomobil tunelinin tikintisi davam etdirilir. 3 tuneldə artıq qazma, püskürtmə və beton işləri tamamlanıb, Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Artıq tuneldə hər bir istiqamət üzrə 5 km-ə yaxın qazma, püskürtmə və beton işləri tamamlanıb, 14 ehtiyat keçidinin tikintisi yekunlaşıb.
Daha sonra İdarə Heyətinin sədri 72.3 km uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolunda aparılan tikinti işləri, həmçinin Laçın hava limanının tikintisi ilə əlaqədar torpaq işlərinin yerinə yetirilməsi ilə tanış olub. Hazırda Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağının, süni qurğuların və tunellərin tikintisi davam etdirilir.
Səfər zamanı Saleh Məmmədov Laçın şəhərinin daxili yollarının bərpası layihəsi, həmçinin Xudafərin-Qubadlı-Laçın avtomobil yolu layihəsinin icra vəziyyətləri ilə tanış olub. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda torpaq yatağının və yol əsasının tikintisi, yol əsası hazır olan ərazilərin asfaltlanması, süni qurğuların, körpü və tunellərin inşası davam etdirilir. Ümumilikdə yol boyunca yerinə yetirilmiş işlər 40 fazidən artıqdır.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun başlanğıcını götürdüyü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi), həmçinin Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun da tikintisi sürətlə davam etdirilir. Layihələrin icra vəzityyəti ilə yerindəcə tanış olan sədrə məlumat verildi ki, yol boyu torpaq yatağının və yol əsasının, asfalt-beton örtüyünün döşənməsinin, boru və keçidlərin, tunel və körpülərin tikintisi tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 20 saat sonra
-
1 saat əvvəl
Çin avtomobil sənayesində uzunmüddətli perspektivdə hansı şirkətlər qalib gələcək?
-
1 saat əvvəl
“SOCAR Green” və Çin nəhənglərinin Xəzərdəki enerji layihəsi müzakirə edilib
-
1 saat əvvəl
Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir
Noyabrın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistan hökuməti "TRIPP Development Company"nin yaradılması ilə bağlı saziş layihəsini təsdiqləyib
Azərbaycanın lizinq şirkətində ciddi dəyişikliklər – Dividend ödənilməsi və direktorun dəyişdirilməsi gündəmdədir
"İstehlak kreditlərinə tələb artıb"


























