Britaniya şirkətindən Tərtərdə 3 əməkdaşının həlak olması ilə bağlı açıqlama
"Tərtərdə 3 əməkdaşımızın həlak olması ərazilərin ciddi şəkildə minalanmasına dəlalət edir"“Dünyada mina təhlükəsinin qarşısını almaq və insanların həyatını xilas etmək şirkətimizin ən əsas vəzifəsidir və biz bunun üçün çalışırıq. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minaların təmizlənməsi və insanların öz yaşayış məskənlərinə daha təhlükəsiz şəkildə qayıtması üçün ANAMA şirkəti ilə əməkdaşlıq edirik”.
Bunu Böyük Britaniyanın "RPS Energy Ltd" şirkətinin partlayıcılar üzrə mühəndislik xidmətinin texniki direktoru David Denman deyib.
Denman qeyd edib ki, Azərbaycan dövlətinin prioritetlərinə və siyasətinə uyğun olaraq, "Böyük Qayıdış" proqramının həyata keçirilməsi istiqamətində mina təhlükəsinin aradan qaldırılması və əlverişli yaşam şəraitinin yaradılması məqsədi ilə innovativ texnologiyalar tətbiq edilir.
"ANAMA ilə əməkdaşlıq edən Böyük Britaniyanın RPS Energy Ltd. şirkəti tərəfindən təqdim edilən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar, işğaldan azad edilmiş ərazilərdə mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub. RPS Partlayıcılar üzrə Mühəndislik Xidmətləri çoxsaylı ölkələrdə bir sıra mina/PHS layihələrini uğurla tamamlamışdır", - deyə o əlavə edib.
O qeyd edib ki, Mina Sahələrinin Havadan Tədqiqatı - RAMS (Remote Aerial Minefield Survey) sistemi çirklənmiş ərazini təhlükəsiz ərazidən ayırd etməyə imkanı verir.
“Tətbiq edilən sistem, Beynəlxalq Minatəmizləmə Standartları əsasında Qeyri-Texniki Tədqiqatı həyata keçirir. Dronların üzərindəki geniş spektorlu (Multispectral), termal (Thermographics) və yüksək dəqiqli (RGB) kameralar bir-birini tamamlayaraq, ərazi üzrə məlumatların toplanılmasını təmin edir. Əldə edilən məlumatlar xəritə üzərində emal edilir və partlayıcı qurğularla çirklənmiş ərazilər müəyyən edilir, eləcə də layihələr üzrə minatəmizləmə resurslarının səmərəli istifadəsini təmin etməyə öz töhfəsini verir".
David Denman qeyd edib ki, süni intellekt vasitəsilə əldə edilmiş məlumatlar bir daha işğaldan azad edilmiş ərazilərin ciddi şəkildə minalarla çirklənmə səviyyəsini sübut edir. O, Tərtərdə şirkətin 3 əməkdaşının mina partlayışında həlak olması faktına diqqət çəkib.
“Ərazilərdə mövcud mina problemi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına sağlam geri qayıdışına, həmin ərazilərdə fəaliyyət göstərən bərpa-quruculuq işlərinə cəlb edilən, eyni zamanda səfər edən insanların həyat və sağlamlığı üçün ciddi təhdidlər yaradır. Əməkdaşlıq çərçivəsində süni intellektin istifadəsi ilə işğaldan azad edilmiş rayonlarda 51 min hektar ərazi təhlil edilib. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, son mina partlaması nəticəsində 3 nəfər həyatını itirdi və bu faciələrin qarşısını almaq üçün fəaliyyətimizi davam etdiririk. 28 aprel tarixində baş verən mina hadisəsi bir daha ərazilərin ciddi şəkildə minalanmasına və insan həyatına törətdiyi təhlükəyə dair dəlalət verir", o qeyd edib.
© APA
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
7 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
7 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib





















