Lada, Haval, Geely, GAZ və UAZ Rusiyada satış liderləri olublar
Apreldə Rusiyada yeni avtomobillərin rəsmi satışları 70% artıb.Rusiyada yeni avtomobillərin satışı 2023-cü ilin aprelində 2022-ci ilin eyni dövrü ilə müqayisədə 70,6% artıb.
Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, avtomobillərin və yüngül kommersiya avtomobillərinin birbaşa idxalçılar tərəfindən rəsmi satışı 54 min 270 ədəd təşkil edib. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 22 min 464 ədəd çoxdur.
Analitiklər də cari artımı, müqaysə olunan ötən ilin aprel ayındakı aşağı sayda satışlar ilə əlaqələndirirlər.
Statistikaya, Rusiya bazarının liderlərindən birinin - Chery konserninin, həmçinin daha iki sub-brend - Exeed və Omoda-nın satışı ilə bağlı məlumatlar daxil deyil. Həmçinin BMW və Mercedes-Benz Rus-un satışları ilə bağlı məlumatlar nəzərə alınmır, brendlərin baş qərargahının qərarına görə bu məlumatlar rüblük paylaşılır. Eyni şey, rüblük məlumat verən Evolute brendinə də aiddir.
Bu məlumatları nəzərə alaraq, Lada, Haval, Geely, GAZ və UAZ (ГАЗ, УАЗ) istehsalçıları Rusiyada satışda lider olublar. Apreldə Lada 27 min 635 (+225), Haval 7 min 352 (+805%), Geely 6 min 113 (+1312%), GAZ 4 min 12 (112%), UAZ 2357 (+45%) avtomobil satıb.
Ən populyar 10 modelə daxildir: Lada Granta, Lada Niva, Haval Jolion, Geely Coolray, Haval F7X, Haval F7, Geely Tugella, Changan CS35PLUS, Haval Dargo, Geely Atlas Pro.
Keçmiş liderlərdən sıfır satış
2023-cü ilin aprel ayında 16 avtomobil markası Rusiya bazarında satışların sıfır olduğunu bildirib. 2022-ci ilə qədər Rusiyada məşhur olan Renault, Nissan, Land Rover və Mitsubishi aprel ayını belə nəticələrlə başa vuraraq Rusiya bazarında satışlarını dayandırıb. Bundan başqa, Brilliance, Cadillac, Chevrolet, DFM, Foton, Hino, Infiniti, Jaguar, Lifan, Porsche, Volvo və Zotye bir dənə də olsun avtomobil satmayıb.
Ötən ilki azalma fonunda artım
Eyni zamanda, apreldəki satış rəqəmi əvvəlki illərlə müqayisədə o qədər də yüksək deyil. Məsələn, 2021-ci ilin aprel ayında Rusiyada avtomobil bazarında satışlar 290,4% artaraq 151 964 avtomobil təşkil etmişdi. Bu nisbətdə artım pandemiya səbəbindən avtomobil istehsalının dayandırıldığı 2020-ci ilin “qara aprel”inin təsiri ilə bağlı olmuşdu.
"Cari artımı da ötən ilki aşağı satışların təsiri ilə bağlıdır. Bir il əvvəl, 2022-ci ildə artıq təkliflərdə nəzərəçarpacaq azalma var idi, Rusiyanın əksər zavodlarında avtomobillərin istehsalı da dayanmışdı. Buna görə də yaxın gələcəkdə biz bazarda artımın şahidi olacağıq, çünki biz göstəriciləri Rusiyada avtomobil istehsalının və satışının bir neçə dəfə azaldığı ötən ilin aylarının göstəriciləri ilə müqayisə edəcəyik. Mənim hesablamalarıma görə, ilin sonunda artım 25-35% olacaq”, - müstəqil analitik Vladimir Bespalov hesab edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
17 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
-
19 d. əvvəl
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi ®
- 35 d. əvvəl
-
40 d. əvvəl
Azərbaycan qazının Türkiyə və Avropaya tədarük həcmi açıqlandı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
1 milyon manatlıq yeni istiqraz emissiyası – Faiz hər ay ödəniləcək, gəlirlilik 15%-dir
-
2 saat əvvəl
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Bank Respublika AccessBank-ı alır - SON DƏQİQƏ
Bakıda beynəlxalq logistika üzrə master-klass keçirilib
1 milyon manatlıq yeni istiqraz emissiyası – Faiz hər ay ödəniləcək, gəlirlilik 15%-dir
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Ən çox oxunanlar
Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı!
Nazir özünə daha bir müşavir təyin etdi
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edilib - DOSYE
“Böyük bir banka” qarşı sanksiyalar elan ediləcək




















