SOCAR Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirib
2023-cü il mayın 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində (BANM) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
SOCAR-ın mətbuat katibi Orxan Hüseynovun moderatorluğu ilə keçirilən tədbirdə SOCAR-ın rəhbər heyəti, BANM-in müəllim və tələbə kollektivi iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.
“Heydər Əliyev İli” çərçivəsində SOCAR tərəfindən keçirilən tədbirlər haqqında məlumat verən Orxan Hüseynov bu xüsusda ölkəmizin müxtəlif təhsil müəssisələrində təşkil edilən mühazirələri, SOCAR-ın Vətən müharibəsi iştirakçılarının övladları üçün düşərgələri, neft-qaz və neft-kimya sahəsində fəaliyyət göstərən qurumlar arasında keçirilən mini-futbol turnirini və digər tədbirləri qeyd edib.
Tədbirdə çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində müəyyənləşdirilən hərtərəfli inkişaf strategiyasının dayandığını vurğulayıb.
Rövşən Nəcəf Ümummilli Liderin strateji inkişaf konsepsiyasının əsas istiqamətlərindən birinin də yeni enerji strategiyası olduğunu bildirib. SOCAR prezidenti xarici sərmayədarların Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinə cəlb olunmasının, xam neftin və qazın nəql yollarının şaxələndirilməsinin, gəlirlərin səmərəli idarə olunmasının Ulu Öndərin dayanıqlı enerji strategiyasının əsas istiqamətləri olaraq müəyyənləşdirildiyini diqqətə çatdırıb.
R.Nəcəf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük nailiyyətlərə imza atan ölkəmizin bu gün tarixinin ən parlaq dövrünü yaşadığını diqqətə çatdırıb.
Uzun illər ərzində Ümummilli Lider Heydər Əliyev ilə birgə çalışmış SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirdə çıxış edərək Ulu Öndər ilə bağlı xatirələrini bölüşüb.
Müstəqilliyin ilk illərində ölkəmizdə neft sənayesinində böhran vəziyyətində olduğunu söyləyən Xoşbəxt Yusifzadə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın yeni neft salnaməsinin əsasının qoyulduğunu diqqətə çatdırıb. SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu müqavilənin Ulu Öndər Heydər Əliyevin yüksək şəxsi nüfuzu, qətiyyətli mövqeyi ilə imzalandığını bildirib. Xoşbəxt Yusifzadə Ümummilli Liderin yeni neft strategiyası nəticəsində ölkəmizin neft-qaz sənayesinin böyük inkişaf yolu keçdiyini, Azərbaycanın regionun lider dövlətinə çevrildiyini qeyd edib.
Ulu Öndərin möhkəm təməllər üzərində qurduğu Azərbaycanın ötən illər ərzində böyük tərəqqi yolu keçdiyini söyləyən BANM-in rektoru Elmar Qasımov müstəqil Azərbaycanın dövlət quruculuğunun, iqtisadi dirçəlişinin, bütün sahələrdə davamlı inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
Ümummilli Liderin hər zaman Azərbaycan gəncliyinə böyük ümidlər bəslədiyini qeyd edən rektor dahi şəxsiyyət Heydər Əliyevin mənalı həyat yolunun və çoxşaxəli fəaliyyətinin hər bir gənc üçün əsl nümunə olduğunu bildirib.
Daha sonra BANM-in tələbəsi, “SOCAR Könüllüləri” qrupunun rəhbəri Murad Əliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən, ölkə başçısı tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğıdan, ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatından bəhs edib.
Sonra tələbələr tərəfindən Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqi və şeirlərdən ibarət bədii kompozisiyalar ifa edilib. Tədbir iştirakçılar tərəfindən “Azərbaycan” şeirinin ifası ilə başa çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
19 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
- 14 d. əvvəl
-
35 d. əvvəl
1 milyon manatlıq yeni istiqraz emissiyası – Faiz hər ay ödəniləcək, gəlirlilik 15%-dir
-
43 d. əvvəl
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı!
Nazir özünə daha bir müşavir təyin etdi
Ən çox oxunanlar
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edilib - DOSYE
“Böyük bir banka” qarşı sanksiyalar elan ediləcək
Tramp İran müharibəsini başlatdığına görə peşman olmadığını bildirib
ABŞ neftin qiyməti üzrə proqnozlarını yüksəldib - Neft bazarında təklif şoku dərinləşir
























