60 hektardan 3,3 min ton kartof götürüb
Bu gün Azərbaycan üçün mühüm hədəflərdən biri də kənd təsərrüfatını sürətlə inkişaf etdirərək yerli istehsal hesabına daxili bazarı lazımınca ərzaq məhsulları ilə təmin etməkdir. Onu da etiraf edək ki, bu sahədə müəyyən uğurlar da var.
İndi ölkədə elə bölgə tapmaq olmaz ki, orada kənd təsərrüfatının şaxələndirilməsi istiqamətində iş aparılmasın. Ən çox da diqqət ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına verilir. Belə məhsullardan biri də kartofdur.
Son illər Tovuz rayonunda bu sahəyə diqqət xeyli artmışdır. Rayon fermerləri iqtisadi cəhətdən gəlirli olan bu məhsulun istehsalını artırmaq üçün həm əkin sahələrini genişləndirir, həm də məhsuldar sortlara üstünlük verirlər.
Bu günlər belə təsərrüfatlardan birində olduq. Təsərrüfatın aparıcı mütəxəssisi Zaur Bağırovla görüşdük. O, əkin sahəsində yetişdirilən kartofun dərmanlanmasına nəzarət edirdi. Söhbət zamanı məlum oldu ki, təsərrüfat əsasən taxılçılıq və kartofçuluqla məşğul olur. Keçən il təsərrüfat 330 hektardan 2310 ton taxıl biçmişdir. İstehsal olunan məhsulun 1000 tonu toxum kimi ayrı-ayrı təsərrüfatlara satılmışdır.
Öyrəndik ki, təsərrüfat kartof istehsalında da yüksək göstəricilərə nail olur. Belə ki, ötən il icarəyə götürülmüş 60 hektardan 3 min 300 ton kartof götürülmüşdür ki, bu da 55 sentner məhsuldarlıq deməkdir. Təsərrüfat bu il kartof əkini sahəsini 80 hektara çatdırmışdır. Sahələrdə yaxşı çıxış alınmışdır. Əkilmiş kartofun suvarılmasında əsasən Ağstafaçay su anbarından istifadə edilir. Hazırda becərmə işlərində 4 nəfər çalışır. Məhsul yığımında onların sayı 40 nəfərdən çox olacaq.
Söhbət zamanı onu da öyrəndik ki, təsərrüfat əsasən Holland sortu olan "Marabel" və "Allergiya" sortlarından istifadə edir. Bundan başqa, qardaş Türkiyədən gətirilmiş "Qafqaz" və "Bahar" sortlarının da sınağı keçirilir. Yeni sortlar rayonun iqlim şəraitinə uyğunlaşsa və məhsuldar olsa, gələcək illərdə onlardan istifadə ediləcək.
Hazırda təsərrüfatın əkin sahələrində becərmə işləri gedir. Kartofun dibi boşaldılır, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri görülür. Kollektiv əmindir ki, keçən il olduğu kimi, bu il də sahələrdən bol məhsul götürəcək.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
23 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
-
24 d. əvvəl
Azərbaycanda 90 min qida obyekti və subyekti qeydiyyata alınıb
-
35 d. əvvəl
Avropa İttifaqına ixrac icazəsi olan Azərbaycan müəssisələrinin sayı 6 dəfə artıb
- 52 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Shanghai International Port (Group) Abşeron Logistika Mərkəzində
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Neft qiymətləri yüksəlir - Brent 110 dollara yaxınaşıb
Shanghai International Port (Group) Abşeron Logistika Mərkəzində
Çinin tikinti nəhəngi “Sea Breeze” ilə əl sıxdı
Ən çox oxunanlar
"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir
AYNA 30-dan çox avtobus marşrutunu müsabiqəyə çıxardı
Qida məhsulları istehsaldan istehlakçıya qədər elektron izlənəcək
“KollektA” şirkətinin səhmlərinə abunə yazılışı başlayır
Huawei Azərbaycanda regional rəqəmsal mərkəz yarada bilər























