Dövlətə məxsus və dəyəri 10 milyon manat olan tekstil şirkəti satışa çıxarıldı
Əsas fəaliyyət növü iplik və trikotaj məhsullarının istehsalı olan “Sumqayıt Tekstil” özəlləşdirilir.“Sumqayıt Tekstil” MMC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində cəmiyyətin dövlətə məxsus və ümumi dəyəri 10 milyon 112 min manat olan 101.120 payı satışa çıxarılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Sumqayıt Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə məxsus 100%-lik paylarının satışı üzrə investisiya müsabiqəsi elan edir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 3 ünvanında yerləşən “Sumqayıt Tekstil” MMC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi dəyəri 10 mln. 112 min manat olan 101.120 payı satışa çıxarılıb. Müəssisənin 346.641 manat həcmində öhdəlikləri var.
“Sumqayıt Tekstil” MMC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 8 mln. manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, mövcud tikili, qurğuların bərpası və yenidənqurulması, tekstil üzərində işləmələrə dair yeni texnologiyaların tətbiqi, infrastruktur təminatının təkmilləşdirilməsi ilə bağlı təkliflərini verməlidir.
Müsabiqənin qalibi cəmiyyətdəki dövlət payının alınmasına görə dövlət büdcəsinə 4 mln. manatdan az olmayan məbləğdə vəsaitin ödənilməsini təmin etməlidir. Müsabiqənin qalibi həmçinin, nəticələr təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, təklif etdiyi pul vəsaitini müqavilədə qeyd olunmuş müddətdə dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə ölkə vətəndaşları və xarici investorlar iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə https://clck.ru/34Z68N linki vasitəsilə tanış olmaq olar:
İddiaçıların ərizə və təkliflərinin qəbulu 6 iyul 2023-cü il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaqdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Dövlət Xidmətinin inzibati binasında 7 iyul 2023-cü il saat 15:00-da həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
İri tikinti şirkəti zərərdən mənfəətə keçib: Gəlirləri 3,7 dəfə artıb, 8,2 milyon manat mənfəət əldə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
14 d. əvvəl
Azərbaycanın İT şirkəti Mərkəzi Asiyanın daha 4 ölkəsində fəaliyyətini genişləndirir
- 48 d. əvvəl
-
1 saat əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin üçüncü mövsümündə iştirak edəcək ®
-
1 saat əvvəl
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
-
1 saat əvvəl
Oktyabrda keçirilmiş 7 valyuta hərracından 5-də alıcı olmayıb
-
1 saat əvvəl
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
-
1 saat əvvəl
Milyarder sevincindən ağladı – Şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
-
1 saat əvvəl
Yeni Suraxanı–Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - “Unibank”ın Dayanıqlılıq meneceri
Oktyabrda keçirilmiş 7 valyuta hərracından 5-də alıcı olmayıb
Ən çox oxunanlar
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Milyarder sevincindən ağladı – Şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
Yeni Suraxanı–Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İri tikinti şirkəti zərərdən mənfəətə keçib: Gəlirləri 3,7 dəfə artıb, 8,2 milyon manat mənfəət əldə edib
“Legion Financial” şirkətinin xalis mənfəəti kəskin azalıb






















