Azərbaycan startapı yeni tipli külək enerjisi turbinləri təklif edir
"Kuleko" MMC-nin startap layihəsi alternativ enerji sahəsində innovativ həll təklif edir .Cari ilin mart ayında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 3-cü qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsinə başlanılıb.
“Kuleko” MMC-nin layihəsi olan “Kuleko - yeni tipli külək enerjisi turbinlərin yaradılması” qalib gələn 13 layihənin sırasında yer almışdır.
“Kuleko” MMC-dən MArja-ya daxil olmuş məlumatda bildirilir ki, yeni külək qurğusu ənənəvi külək generatorlarından üfiqi oxlu olması və xüsusi stasionar panellərə (patent də bu panellərə alınıb) malik olduğu ilə fərqlənir. Belə ki, klassik şaquli oxlu külək generatorları “ventelyatora” oxşayan qurğulardan ibarətdir və küləyin istiqamətindən asılı olaraq yerində fırlanmalı, yəni "küləyi tapmalıdırlar". Nəticədə belə generatorlar küləyi tapmaq üçün əlavə fırlanma mexanizminə malk olmalıdırlar.
Yeni qurğu isə tamamilə fərqlidir və üfiqi şəkildə – yerə paralel yerləşdirilir. Belə olduğuna görə, küləyin istənilən istiqamətində fırlanır və çox yer tutmur. Nəticədə, bir yerdə çoxsaylı belə qurğu yerləşdirmək olur.
Generatorun ölçüləri, tətbiq ediləcəyi yerindən asılı olaraq dəyişir. Hal-hazırda 2,5x2,5 metr minimal işlək modeli üzərində işlər gedir.
"Kuleko"nun iki modifikasiyası var – akkumlytorla (off-grid) və akkumlyatorsuz (on-grid). Akkumlyatorlu variantın üstünlüyü ondadır ki, qurğu işləyən zaman əldə edilən enerji akkumulyatora toplanır, nəticədə külək olmayanda da yığılan enerjini istifadə etmək olur.
Azərbaycanda külək potensialı böyük (245 gün küləkli olur) olduğunu nəzərə alaraq bu layihənin həyata keçirilməsi məqsədə uyğun hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 4 d. əvvəl
- 30 d. əvvəl
- 36 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
- 53 d. əvvəl
-
56 d. əvvəl
Dövlət Neft Fondu İndoneziyanın nəhəng investisiya holdinqi ilə danışıqlar aparıb
-
1 saat əvvəl
Google-un sahibi “Alphabet”in gəliri 25% artıb, xalis mənfəəti isə 25% azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
"Valyuta bazarına əlavə 0,5 - 1 milyard dollar civarında alış yönümlü müdaxilə edəcəyimizi gözləyirik"
Ən çox oxunanlar
Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Yeni Ombudsman seçiləcək
Azərbaycana xaricdən pul axınında müsbət fərq böyüyüb – 70 faizlik artım, 830 milyon dolları keçib


























