Elektron siqaretlərin üzərində Azərbaycan dilində xəbərdarlıq yazılarının olmaması halları müəyyən edilib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı:
-Birdəfəlik elektron siqaretlərin qutularının (qablaşdırmanın) üzərində Azərbaycan dilində zəruri məlumatlar, həmçinin istehlakçının sağlamlığına zərərli təsirləri barədə Azərbaycan dilində xəbərdarlıq yazılarının olmaması halları müəyyən edilib.
-Bu məhsulların ölkəyə idxalı ilə məşğul olan müəssisələrə satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə məktublar ünvanlanıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mövcud qanunvericiliyin tələblərinə zidd olaraq qutularının üzərində Azərbaycan dilində zəruri məlumatlar olmayan, eləcə də istehlakçıların sağlamlığına zərərli təsirləri barədə Azərbaycan dilində müvafiq xəbərdarlıq yazısı olmayan birdəfəlik istifadə üçün elektron siqaretlərin idxalının və satışının həyata keçirilməsi barədə müraciət daxil olub. Müraciətdə qeyd olunan faktlar araşdırılaraq sözügedən məhsulların ölkə ərazisinə idxalını həyata keçirən müəssisələrə satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və nəticəsi barədə Dövlət Xidmətinə məlumat verilməsi barədə müvafiq məktublar ünvanlanıb.
Məlumat üçün qeyd edilməlidir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın istehlak xassələri, əldə edilməsi şərtləri, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Həmin qanunun 13-cü maddəsinin 3-cü bəndinə, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.8-ci bəndinə əsasən Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Eyni zamanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən bütün növ qəlyanlar və elektron siqaretlər həmin qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunun 14.3.4-cü maddəsinə əsasən ölkə ərazisinə idxal edilən tütün məmulatlarının, o cümlədən birdəfəlik istifadə üçün elektron siqaretlərin qutularının üzərində (qablaşdırmasında) insanların səhhətinə zərərli təsirləri barədə Azərbaycan dilində xəbərdarlıq yazısı mövcud olmalıdır.
Qeyd edək ki, istehlak bazarında malların satışı zamanı yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilməməsi istehlakçıların qanunla müəyyən edilən hüquq və mənafelərinin pozulmasına, habelə onların məhsulların xassələri haqqında düzgün məlumatlandırılmamasına səbəb ola bilər. Bu cür qanun pozuntularına yol verən və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinə əməl etməyən ticarət fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər məsuliyyət daşıyırlar.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının təmin edilməsi və onların dövlət tərəfindən müdafiəsinin həyata keçirilməsi ilə bağlı mövcud qanunvericilik və öz əsasnaməsi ilə ona həvalə edilən vəzifələr və hüquqlar əsasında istehlakçıların hüquqlarının və yuxarıda istinad edilən qanunvericilik aktlarının tələblərinin və ticarət qaydalarının pozulması halları aşkar etdikdə, pozuntulara yol vermiş şəxslərə iradnamə və yazılı tələbnamələr verir, onların qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görür. Bundan əlavə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən elektron siqaretlərlə bağlı dövlət standartının qəbul olunması istiqamətində iş aparılır. Standart layihəsi hazırda dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.
İstehlakçılar müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
4 d. əvvəl
Avropada təbii qazın qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatdı – 130 avroya yüksələ bilər
-
8 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
10 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
10 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
10 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
11 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
11 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi



























