Mərkəzi Bank bu gün qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə 5-ci dəfə faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarının açıqlaması (press-reliz) 26 iyul 2023-cü il tarixində saat 10:00-da yayımlanacaqdır. Saat 11:00-da Mərkəzi Bankın əsas binasında mətbuat konfransı keçiriləcəkdir.
21 İyun 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılmışdır. Qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla verilmişdir.
"Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcəkdir. Mərkəzi Bank bundan sonra da inflyasiya amillərinin dərin təhlilini davam etdirəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcəkdir. İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcəkdir",- Mərkəzi Bank press-relizində bildirmişdi.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin iyun ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin iyun ayına nisbətən 10,6 faiz artıb. Qiymətlərdə illik artım 2023-cü ilin may ayında 11,5 faiz təşkil etmişdi. Beləliklə, illik inflyasiyada yavaşlama davam edir. 2023-cü ilin İyun ayında may ayına nisbətən isə qiymətlərin ümumi səviyyəsi 0,9% azalıb (deflyasiya). İnflyasiyada səngimə Mərkəzi Banka pauzanı davam etdirməyə imkan verir.
Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində islahatları davam etdirir. Bank hesab edir ki, uçot dərəcəsi və faiz dəhlizinin digər parametrlərinin yüksəldilməsi, yeni konfiqurasiyada pul siyasəti alətlərinin adekvat tətbiqi, məcburi ehtiyat normalarının qaldırılması və makro-prudensial tələblərdə edilən dəyişikliklər monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini məhdudlaşdırır.
FAİZ DƏHLİZİ NƏDİR?
Pul siyasətinin əməliyyat çərçivəsinin mühüm elementlərindən biri faiz dəhlizidir. Faiz dəhlizi banklararası bazardakı qısamüddətli faizlərin dəhliz daxilində hərəkətini təmin etmək məqsədi daşıyır. Faiz dəhlizi eyni zamanda Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə faizlərinin iyerarxiyasını müəyyən edir.
Mərkəzi Bankın faiz dəhlizi üç parametr olan uçot dərəcəsi, yuxarı hədd və aşağı həddən ibarətdir. Faiz dəhlizinin aşağı həddi sterilizasiya yönümlü daimi imkanlar alətlərindən olan 1 günlük depozit əməliyyatının faizidir. Faiz dəhlizinin yuxarı həddi isə 1 günlük likvidliyin verilməsi üzrə daimi imkanlar alətlərindən olan əks-REPO əməliyyatının faizidir.
Uçot faiz dərəcəsi faiz dəhlizinin mərkəzi parametridir. Bu faiz dərəcəsini elan etməklə Mərkəzi Bank banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır.
Dəhlizin aşağı həddi ilə uçot dərəcəsi arasında formalaşan faizlərlə sterilizasiya yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir. Uçot dərəcəsi ilə dəhlizin yuxarı həddi arasında formalaşan faizlərlə likvidliyin verilməsi yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir.
Mərkəzi Bank sərəncamındakı alətlərlə banklararası pul bazarında faizlərin dəhliz daxilində formalaşmasına çalışır. Bu proses pul siyasəti qərarlarının transmissiyasının birinci həlqəsini təşkil edir. Banklararası bazarda qısamüddətli faizlər dəyişəndə digər faizlər, o cümlədən depozit və kredit faizləri də dəyişir. Bu proses pul siyasəti qərarlarının transmissiyasının ikinci həlqəsini təşkil edir.
Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Uçot faiz dərəcəsi
22.06.2023 9.0%
04.05.2023 9.0%
30.03.2023 8.75%
02.02.2023 8.5%
16.12.2022 8.25%
28.10.2022 8.00%
18.03.2022 7.75%
28.01.2022 7.50%
Dəhlizin yuxarı həddi
22.06.2023 10.0%
04.05.2023 10.0%
30.03.2023 9.75%
02.02.2023 9.5%
16.12.2022 9.25%
28.10.2022 9.25%
18.03.2022 9.25%
28.01.2022 9.00%
Dəhlizin aşağı həddi
22.06.2023 7.5%
04.05.2023 7.5%
30.03.2023 7.0%
02.02.2023 6.75%
16.12.2022 6.25%
28.10.2022 5.00%
01.09.2022 4.00%
18.03.2022 6.25%
28.01.2022 6.00%
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 8 d. əvvəl
- 17 d. əvvəl
-
30 d. əvvəl
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
-
8 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
8 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
8 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
8 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Micron AI "savaşına" 10 milyard dollarla daxil olur
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Ən çox oxunanlar
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür












.jpg)












