AQTA: Yoxladıq, spred və marqarin yağlar qida təhlükəsizliyi tələblərinə cavab verir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində istehsal olunan və idxal edilən yaxılabilən yağlardan (spred, marqarin) və kərə yağlarından nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, cari dövr ərzində 13-ü yerli, 27-si idxal edilən olmaqla, 40 yaxılabilən yağdan nümunə götürülüb.
Götürülmüş nümunələr məhsulun yağ fazasında yağ turşularının trans izomerlərinin və doymamış yağ turşularının miqdarı, habelə təhlükəsizlik göstəriciləri (koliform bakteriyalar, kif-maya göbələkləri, qurğuşun və arsenin təyini) üzrə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələrinə əsasən, məhsullar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verib.
Eyni zamanda, ticarət şəbəkələrində satışda olan 15-i yerli, 17-si idxal edilən olmaqla, 32 kərə yağı məhsulundan nümunə götürülüb və laboratoriya sınaqlarına cəlb edilib. Sınaq nəticələrinə əsasən, 31 məhsul yoxlanılmış parametrlər üzrə normativ sənədlərin tələblərinə cavab verib. Fiziki şəxs Ülkər Şamil qızı Veyisovaya məxsus 1 kərə yağı nümunəsinin tərkibində “Stafilokok” bakteriyası, habelə məhsulun minimum keyfiyyət göstəricilərində (yağ turşu spektri) uyğunsuzluqlar aşkar olunub. Bununla bağlı sahibkar barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb.
Qeyd edilib ki, 2023-cü ilin 6 ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən 5-i planlı, 4-ü plandankənar olmaqla, 9 kərə yağı emalı müəssisəsində də yoxlamalar keçirilib. Yoxlamalar zamanı 6 müəssisədə nöqsanlar aşkar edilib. Uyğunsuzluqlar emal sahələrində sanitariya qaydalarına əməl olunmaması, istifadə müddəti bitmiş kərə yağının anbarda saxlanılması, iadə olunmuş yağlarla istifadəyə yararlı yağların eyni sahədə saxlanması, xammalın müşayiətedici sənədlərinin (çıxarış, baytarlıq arayışı) olmaması, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilməməsi, istehsal olunan məhsulların müayinələrinin aparılmaması, etiket məlumatlarında kərə yağının yağlılıq faizinin göstərilməməsi, işçilərin gigiyena qaydalarına əməl etməməsi və onların ilkin və dövrü tibbi müayinədən keçməməsi, eləcə də dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması ilə bağlı olub. Aşkarlanan nöqsanlarla əlaqədar 2 müəssisədə məhsul partiyasının satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar verilib və 6 sahibkarlıq subyekti barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Aparılmış yoxlama zamanı risk əsaslı yanaşma tətbiq etməklə istehsal olunan yağlardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən, məhsullar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verib.
Bundan başqa, Agentlik tərəfindən ticarət obyektlərində tərkibində bitki yağı olan yağların kərə yağı kimi təqdim olunması hallarına qarşı nəzarət tədbirləri aparılır.
Qeyd edək ki, 2023-cü ilin ikinci yarısında 13 yağ emalı müəssisəsində planlı yoxlamaların keçirilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
6 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
8 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
8 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
9 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
10 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
10 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi


























