Dövlət Xidmət yoxlamalar aparıb, artıq və əsassız ödənişlər aşkar edib, materialları Prokurorluğa göndərib
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2023-cü ilin birinci yarısında aparılmış nəzarət tədbirləri haqqında məlumatlar açıqlanıb.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2023-cü ilin birinci yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 72 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.
Həmin dövrdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğundan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə Maliyyə Nazirliyinə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub.
Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2015-ci ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 57 təşkilatda yoxlamalar aparılıb. Həmin təşkilatlarda qeyd edilən dövr ərzində 1 milyard 205,3 milyon manat məbləğində vəsaitin istifadəsi və gömrük ödənişləri şəklində dövlət büdcəsinə daxil olmuş 18 milyard 663,6 milyon manat məbləğində vəsaitlərin hesablanmasının düzgünlüyü yoxlanılıb. Yoxlamala ilə həmin təşkilatlarda 48 milyon 300,4 min manat məbləğində artıq və əsassız ödənişlər, 131 milyon 902,9 min manat məbləğində gömrük ödənişlərinin az hesablandığı və nəticədə bu məbləğdə vəsaitin (131 milyon 902,9 min manat) dövlət büdcəsinə az ödənildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələrinə dair tərtib edilmiş aktlar əlavələri ilə birlikdə aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən 15 təşkilatda 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 1 milyard 123,4 milyon manat məbləğində vəsaitin istifadəsi yoxlanılıb. Həmin təşkilatların 14-də 675 milyon manat məbləğində vəsaitin istifadəsinin yoxlanılması ilə bu təşkilatlarda 1 milyon150,1 min manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkar edilib. Artıq və əsassız ödənişlərin nəzarət tədbirlərinin gedişində dövlət büdcəsinə tam olaraq bərpası təmin edilib. İş planına əsasən 1 təşkilatda isə aparılan nəzarət tədbiri ilə 448,4 milyon manat məbləğində vəsaitin istifadəsi əhatə olunub, bu təşkilatda aşkar edilmiş 3 milyon151,9 min manat məbləğində artıq və əsassız ödənişlərə hüquqi qiymət verilməsi üçün yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən aparılmış nəzarət tədbirləri ilə (Respublika Baş Prokurorluğuna göndərilən 1 nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 22 nəfər vəzifəli şəxsə 20,4 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Xidmət tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
6 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
8 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
8 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
8 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
9 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
9 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

























