Qarabağ Dirçəliş Fondu gəlirlərini və xalis mənfəətini açıqladı
Qarabağ Dirçəliş Fondu 2022-ci il üzrə maliyyə hesabatlarını və PwC-nin auditinin nəticələrini təqdim edirQarabağ Dirçəliş Fondu 31 dekabr 2022-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan” şirkətinin müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.
Fondun maliyyə hesabatları 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı əhatə edir.
“PwC Azərbaycan” tərəfindən MHBS-ə uyğun hazırlanan Qarabağ Dirçəliş Fondunun 2022-ci il 31 dekabr tarixinə verilən maliyyə hesabatlarına rəy verilib.
Rəydə qeyd olunub: “Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçəliş Fondu”nun (“Fond”) 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir”.
Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fonduna 2022-ci il ərzində ümumilikdə 314 milyon 520 min manat ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə ötən ilin göstəriciləri ilə müqayisədə maliyyə gəlirini artıraraq 34 milyon 454 min manat əlavə gəlir əldə edib (2021-ci il ərzində Fond 9 milyon 199 min manat maliyyə gəliri əldə edib).
Qarabağ Dirçəliş Fondunun cəmi gəlirləri 2021-ci ildə 901 milyon 405 min manat ikən, 2022-ci ildə 348 milyon 974 min manata düşüb (552 milyon 431 min manat və ya 61,3% azalıb). Səbəb ianələrin 2,8 dəfə azalaraq 892 milyon 206 min manatdan 314 milyon 520 min mnata düşməsi ilə əlaqədardır.
Qarabağ Dirçəliş Fondu 2022-ci ili 342 milyon 816 min manat xalis mənfəət ilə başa vurub. Fond 2021-ci ili 888 milyon 343 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Fondun xalis mənfəəti 61,4% və ya 545 milyon 527 min manat azalıb.
Bununla da, 31 dekabr 2022-ci il tarixinə Fondun cəmi aktivlərinin həcmi 1 milyard 238 milyon 124 min manat təşkil edib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”nin 4.7.12-ci yarımbəndinə əsasən Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək Fondun Müşahidə Şurasının əsas vəzifələrindən biridir.
Belə ki, 17 Mart 2022-ci il tarixində Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə “PwC Azərbaycan” Fondun kənar auditoru kimi təsdiq olunub.
Qarabağ Dirçəliş Fondunun 2022-ci il 31 dekabr tarixinə verilən maliyyə hesabatı Fondun rəsmi saytında Azərbaycan və ingilis dillərində yerləşdirilib.
Azərbaycan dilində: https://qdf.gov.az/media/files/article/255/MHBS-uygun-Maliyye-Hesabatlari-ve-Musteqil-Auditorun-Hesabati-2022.pdf
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
2 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
2 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
3 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
3 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)









