Dövlət şirkətləri bazarda qalmaq üçün hərəkətə keçiblər
“Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirir“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC müştəri təcrübələrinin yüksəldilməsi məqsədilə çağrı mərkəzləri vasitəsilə aparılan xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu məqsədlə müraciətlərin ATS, rabitə xidmətləri mərkəzləri və filiallardan çağrı mərkəzlərinə yönləndirilməsi qurum tərəfindən geniş şəkildə təşviq edilir.
Görülən işlərin nəticəsidir ki, şirkətin “170” və “155” çağrı mərkəzləri tərəfindən 2023-cü ilin ilk yarımilində 703 min zəng emal olunub. Bu da ötən ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə 32% çoxdur.
Yaranmış tələbə uyğun olaraq, “Aztelekom” və “Baktelecom”da Müştəri əlaqələri departamentlərinin əməkdaş sayı artırılıb və görülən işlərin nəticəsi kimi Cəmiyyətlərdə 2023-cü ilin birinci yarımilində 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə çağrı mərkəzlərinin xidmət səviyyəsində və müraciətlərin həlli göstəricisində 3% artıma nail olunub.
Şirkət tərəfindən həyata keçirilən Regionlaşma Proqramı çərçivəsində 2022-ci ildə mərkəzləşdirilmiş “Sorğuların İcrasına Nəzarət Sistemi” proqram təminatı istifadəyə verilib. Sözügedən təminat bütün region və abunə şöbələrində müştəri müraciətlərinin vahid formatda qəbul və emalını həyata keçirməyə imkan yaradır. Mərhələli şəkildə tətbiq edilən proqram təminatının cari ilin mart ayından etibarən bütün region və şöbələrdə istifadəsi təmin olunub.
Bundan əlavə, şirkətin müştəri xidməti funksiyasını həyata keçirən heyətin peşəkarlığının yüksəldilməsi, standartlar və məhsullarla bağlı məlumatlılığın artırılması üçün daxili və xarici təlimlərə cəlb olunması prosesi davam edir.
Xatırladaq ki, 2022-ci il ərzində “Aztelekom”da regionlarda Müştəri Loyallığı İndeksində (Net Promoter Score – NPS) 2021-ci illə müqayisədə 23 bal, “Baktelecom”da isə həmin göstəricidə 18 bal artım qeydə alınıb.
Qeyd edək ki, “Aztelekom” dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatorudur. Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması həyata keçirilir. Bu günə qədər 1,17 milyondan artıq ev təsərrüfatı bu texnologiya əsasında sürətli və kəsintisiz fiber-optik internetlə əhatə olunub. Bu da hazırda ölkədə mövcud olan ev təsərrüfatlarının 44%-ni təşkil edir.
Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” layihə çərçivəsində sürəti 100 Mbit/s-dək internet xidməti təqdim edir.
Məlumat üçün qeyd edilib ki, ölkədə genişzolaqlı internetin sürəti ilə bağlı beynəlxalq hesabatlarda əvvəlki aylarda olduğu kimi müsbət dinamika davam edir. “Ookla” şirkəti tərəfindən iyun ayında dərc edilən hesabatda ötən ilin müvafiq dövrü ilə müqayisədə internet sürətinin 22 Mbit/s-dən 29,47 Mbit/s-ə yüksəldiyi qeyd olunur.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
4 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
4 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
5 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
5 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi



























