Azərbaycana Yaxın Şərqdən gələnlərin sayında azalma qeydə alınıb
Azərbaycana gələn turistlərin sayı 37% artıbÖtən ay Azərbaycana 224 min 826 nəfər səfər gəlib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çox olub. Belə ki, ötən ilin iyulunda ölkəyə 193 min 416 nəfər səfər etmişdi.
Bu ilin 7 ayı ərzində isə ölkəyə gələnlərin sayı 1 milyon 144 min 122 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (832 min 186 nəfər) 37 faiz çoxdur.
Ötən ay gəlmə sayına görə, Rusiya (72 min 432), Türkiyə (31 min 269), Səudiyyə Ərəbistanı (21 min 908), İran (14 min 473) və Gürcüstan (8 min 692) ilk beşlikdə yer alıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin iyulunda Yaxın Şərqdən (əsasən ərəb ölkələrindən) gələnlərin sayında 12 faiz azalma qeydə alınıb.
Gəlmə sayına görə ən çox artım isə Şimal Şərqi Asiyanın (395%) payına düşüb.
Pandemiyadan əvvəlki illə müqayisədə Türkiyə (9 faiz), Cənubi Asiya (18 faiz), Afrika (34 faiz) və Cənub Şərqi Asiyadan (15 faiz) gələnlərin sayında artım olub.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
29 d. sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
1 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
1 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
1 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
2 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
2 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

























