Türk Hava Yolları iyulda 9% artımla 8,6 milyon sərnişin daşıyıb
Daşınan sərnişinlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 8,6 milyon nəfərə çatıb.Türk Hava Yolları (THY) 2023-cü ilin iyul ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9% çox olmaqla 8,6 milyon nəfər sərnişin daşıyıb.
Marja.az şirkətə istinadən xəbər verir ki, beynəlxalq reysə daşınan sərnişinlərin say 11,6 faiz artaraq 2,7 milyona çatıb.
2023-cü ilin iyul ayı ərzində daşınan yük/poçt 2022-ci ilin eyni dövründəki 146 min tondan 2,4% azalaraq 142,5 min tona düşüb.
2023-cü ilin 7 ayında (Yanvar-İyul 2023) 2022-ci ilin eyni dövrü ilə müqayisədə daşınan sərnişinlərin sayı 22% artaraq 47,3 milyon nəfərə çatıb.
Beynəlxalq sərnişin daşınması 2022-ci ilin eyni dövründəki 12,3 milyondan 36% artaraq 16,7 milyona çatıb.
Bu dövrdə daşınan yük/poçt 2022-ci ilin eyni dövründəki 965,2 min tondan 7,8% azalaraq 890,3 min tona düşüb.
2023-cü ilin iyul ayının sonuna Şirkətin donanmasında olan təyyarələrin sayı 424 ədəd olub.
Türk Hava Yolları ilin ikinci rübünü 635 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. İkinci rübdə Şirkətin ümumi gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% artaraq 5,1 milyard ABŞ dollarına çatıb. Qlobal ticarətin yavaşlaması və zəlzələnin təsiri səbəbindən Şirkətin yükdaşıma gəlirləri illik müqayisədə 44% azalaraq 600 milyon ABŞ dollarına düşüb.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
30 d. sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
1 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
1 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
1 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
2 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
2 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi


























