"Yaxın gələcəkdə bazarda akvarium balıqları, quşlar üçün yem və aksesuarların olması üzərində işləyirik"
"Biz Azərbaycana yalnız itlər və pişiklər üçün hazır yem gətiririk. Söhbət quru və yaş yem növlərindən gedir. Yaxın gələcəkdə bazarda akvarium balıqları və quşlar üçün yem və aksesuarların olması üzərində işləyirik. Keyfiyyətli və əlçatan məhsulların axtarışındayıq".
Marja xəbər verir ki, bunu “Veysəloğlu Distribusiya” şirkətinin “Şirniyyat və heyvan yemləri” kateqoriyasının direktoru Elvin Abdullayev bildirib.
O, "Bizim bazarda ev heyvanları üçün hansı yem (Pet-food) istehsalçıları təmsil olunub?" sualına cavab verərək deyib:
"Mənim özümün iki itim var. Əvvəllər yemi Gürcüstandan sifariş edirdim və aylarla gözləməli olurdum. Bir neçə il əvvəl şirkətimiz ev heyvanları üçün hazır yemlərin hər yerdə olması üzərində işləməyə başladı. Hazırda isə biz ixtisaslı mağazalarda, marketlərdə və supermarketlərdə həmin məhsulların distribütoruyuq. Bizim çox geniş çeşidlərimiz var - Nestle məhsulları – Purina, Felix, Darling, Dogcow; Mars məhsulları – Pedigree, Chappie, Kitekat.
Ötən il biz Josera adlı alman brendi ilə əməkdaşlığa başlamışıq. Türkiyə istehsalçıları olan Atak Pet Food, BestРet ilə müqaviləmiz var. Bundan başqa, biz uzun illərdir ki, Türkiyənin Dardanel şirkəti ilə əməkdaşlıq edirik. Onlar da itlər və pişiklər üçün konserv istehsalına başlayıb.
Qruplaşdırmadan danışarkən qeyd etmək lazımdır ki, bizim çeşiddə superekonomdan Holistic sinfinə aid məhsullar təqdim olunub. Holistic - ət və balığın miqdarının 70%-ə, zülalın miqdarının isə 30%-ə çatdığı qidadır. Başqa sözlə desək, bu, insanların qidada qəbul etdiyi, lakin ev heyvanlarının böyüməsi və inkişafı üçün lazım olan mineral və vitaminlər əlavə olunmuş məhsullardır.
Belə ki, bu gün ev pişikləri və ev itlərinin sahibləri yem almaqda əziyyət çəkmir, çünki həmin məhsullar artıq həm mövcudluq, həm də qiymət baxımından əlçatandır. Məsələn, əgər ev heyvanları üçün paketlərdə olan yaş yem və ya ekonom səviyyəli konservləşdirilmiş yem 80 qəpikdirsə, ən bahalı yemlər isə bir manata yaxındır".
Son vaxtlar Azərbaycanda ev heyvanları saxlayan ailələrin sayında artım müşahidə olunur. Bu heyvanlar üçün yemin satışına da müsbət göstərib:
"Pandemiyadan əvvəl evlərdə heyvan saxlayan az idisə, pandemiya vaxtı və pandemiyadan sonra evdə heyvan saxlamaq qərarına gələn insanların sayının hiss olunacaq dərəcədə artması müşahidə olunur. Bu tendensiya bütün dünyada qeydə alnıb. Müvafiq olaraq, ev heyvanları üçün yemə tələbat da artıb".
Elvin Abdullayev qeyd edib ki, Azərbaycanda iti və pişiyi ev yeməkləri ilə qidalandırmaq ənənəyə çevrilmişdir, bu da mənfi nəticələrə gətirib çıxarırdı:
"Məsələn, heyvanlara toyuq sümüyü vermək olmaz, çünki sümük itlərin və pişiklərin daxili orqanlarını zədələyə və ölümə səbəb ola bilər. Bundan başqa, belə qidada zəruri vitamin və minerallar yoxdur, hazır yemdə isə bunların hamısı var. Həm də hazır yemlərdən istifadə etmək çox rahatdır, çünki vaxta qənaət edilir, bizim sürətli həyat ritmində isə bu, çox vacibdir. Bakıda insanlar bunu anlamağa başlayıb, paytaxtdan kənarda isə vəziyyət bir qədər fərqlidir".
Şirkətin kateqoriya direktoru əlavə edib: "Yaxın zamanlarda mağazalarımızın rəflərinə itlər və pişiklər üçün “təamlar” gətiriləcək. Söhbət əsasən məşq zamanı mükafat və ya həvəsləndirici kimi istifadə olunan yeməklərdən və sneklərdən gedir. Bundan başqa, biz hazırda Azərbaycana pişik tualeti üçün xüsusi qum gətirməyi planlaşdırırq. Yəni, vətəndaşlarımız yaxın gələcəkdə mağazalarımızda əvvəllər olmayan yenilikləri görəcəklər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
13 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
12 d. əvvəl
Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi
-
16 d. əvvəl
Mərkəzi Bank: Sabah saat 10:00-da növbəti qərarı dərc olunacaq
-
46 d. əvvəl
Bu axşam qızılın qiymətinə təsir edə biləcək mühüm qərar açıqlanacaq
-
1 saat əvvəl
Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur
-
1 saat əvvəl
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək, böyük irəliləyiş əldə edirik
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya FED-in qərarını gözləyir – 100 iqtisadçıdan 94-ü eyni fikirdədir
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Mərkəzi Bank: Sabah saat 10:00-da növbəti qərarı dərc olunacaq
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək, böyük irəliləyiş əldə edirik
Ən çox oxunanlar
Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb
Azərbaycan neftinin son qiyməti
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Almaniyanın avtomobil sənayesində mənfəət böhranı dərinləşir – “Mercedes-Benz” də proqnozunu aşağı saldı


























