Azərbaycanlı iş adamı nüfuzlu mükafata layiq görülüb
"Mətanət A" Şirkətinin Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, professor Elxan Bəşirov Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən İqtisadiyyat və Biznes kateqoriyasında İnnovasiyaların yaradılması və tətbiqi üzrə Beynəlxalq Sokrat Mükafatına (Sokrates İnternational Award) layiq görülüb.
Marja.az xəbər verir ki, bu barədə "Mətanət A" Şirkəti məlumat yayıb.
Qeyd edilib ki, qaliblər nüfuzlu ictimai təşkilatları özündə birləşdirən Beynəlxalq Sokrat Komitəsi tərəfindən peşəkar və ictimai fəaliyyətdəki böyük uğurlara görə mükafatlarla təltif edilirlər. Mükafatın verilməsi ictimai fikrin öyrənilməsi nəticəsində təşkil olunur və bu mükafatla qaliblərin fəaliyyəti beynəlxalq səviyyədə tanınır.
Dünya miqyasında bu nüfuzlu mükafatla daha əvvəllər BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) baş direktoru Karlos Maqaranyos, Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyov, Rumıniyanın Baş naziri Adrian Nastase və digər nüfuzlu şəxslər təltif olunmuşdur.
Beynəlxalq Sokrat Mükafatı (İnternational Socrates Award) Avropanın nüfuzlu mükafatlarından biridir. Avropa Biznes Assambleyasının ekspertləri tərəfindən hər il müxtəlif ölkələr üzrə iqtisadiyyatın inkişafına böyük töhfələr verən nüfuzlu təşkilatlar, o cümlədən onlara rəhbərlik edən şəxslər bu mükafatla təltif olunurlar.
Qeyd edilib ki, bu il Oksford Univesitetində keçirilən "Liderlər sammiti"ndə dünya inşaat sənayesində ən son texnologiyalar və innovasiyaları tətbiq edən, ilklərə imza atan, mötəbərlik və nüfuzu ilə seçilən, qloballaşaraq Azərbaycan keyfiyyətini dünyaya inamla nümayiş etdirən "Mətanət A" Şirkəti böyük rəğbətlə qarşılanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
7 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
7 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
7 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
10 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib


























