Oktyabrda 1000 və 5000 rubl nominalında modernləşdirilmiş əskinaslar dövriyyəyə buraxılacaq
Rusiya Mərkəzi Bankı 2023-cü ilin oktyabrında 1000 və 5000 rubl nominalında modernləşdirilmiş əskinasları təqdim etməyi planlaşdırır.
Marja.az xəbər verirki, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini Sergey Belov bildirib .
"Biz onu oktyabrda təqdim etməyi planlaşdırırıq. Əskinaslar müasirdir - dünya trendləri ruhundadır", - Belov bildirib.
Rusiya Mərkəzi Bankının sədr müavini qeyd edib ki, yenilənmiş 100 rublla müqayisədə 1000 və 5000 rublluq əskinaslarda daha çox təhlükəsizlik elementləri olacaq: "Bu, ümumi prinsipdir - nominal nə qədər yüksək olsa, qoruyucu kompleks bir o qədər mürəkkəbdir".
Belov qeyd edib ki, “ekspert qrupu tərəfindən seçilmiş əsas simvollar əskinaslarda öz əksini tapıb”. “Onu da deyə bilərəm ki, 1000 və 5000 rublluq əskinaslar öz rəng palitrasını saxlayacaq”, - o əlavə edib.
Mart ayında Belov bildirmişdi ki, Mərkəzi Bank 2023-cü ilin yayında 1000 və 5000 rubl dəyərində modernləşdirilmiş əskinasları təqdim etməyi planlaşdırır.
Modernləşdirilmiş 500 rubl əskinaslar 2024-cü ildə, 10 və 50 rubl nominalında olan əskinaslar isə 2025-ci ildə dövriyyəyə buraxılmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
2 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
3 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
3 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi











.webp)










