Türkiyə və Azərbaycan prezidentlərinin Naxçıvan səfərinin geostrateji aspektləri
Doğma Azərbaycanımızın ayrılmaz və strateji hissəsi olan Naxçıvan regionun geostrateji mərkəzinə çevrilməkdədir. Türkiyə və Azərbaycan Prezidentlərinin Naxçıvan səfəri təkcə Naxçıvan Muxtar Respublikasının yox, ümumilikdə regionun yeni inkişaf impulslarının bünövrəsini qoyur. Belə ki, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması tarixi hadisədir. Bu layihə enerji sahəsində Azərbaycanla Türkiyənin həyata keçirdikləri genişmiqyaslı işlərin nə dərəcədə əhəmiyyətli olmasının ifadəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda, İğdır-Naxçıvan qaz kəməri layihəsi Avropanın enerji təhlükəsizliyinə əlavə töhfələr verəcəkdir. İki qardaş dövlətin başçıları bu layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Qaz kəmərinin sutkalıq buraxılış gücü 1,5 milyon kubmetrdir və il ərzində 500 milyon kubmetr qaz nəqlinin reallaşdırılması hesabına Naxçıvan davamlı və etibarlı şəkildə təbii qazla təmin olunacaqdır. Qars-Naxçıvan dəmir yolu xəttinin qurulması isə yaxın perspektivdə Zəngəzur dəhlizinin ən strateji komponentlərindən biri kimi çıxış edəcəkdir. Hədəf kimi qarşıda duran 15 milyard dollarlıq ticarət dövriyyəsinin reallaşdırılması istiqamətində önəmli layihələrin icrasına başlanılmışdır.
Qeyd edək ki, Naxçıvanın sosial-iqtisadi inkişafı dövlətimizin sosial-iqtisadi siyasətinin əsasında yer almışdır. Naxçıvanın inkişaf etdirilməsinin tarixi-coğrafi, siyasi-iqtisadi aspektləri daim ən yüksək prioritetlik səviyyəsində qiymətləndirilmişdir. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında giriş nitqində demişdir: “Naxçıvan ərazicə Azərbaycanın əsas hissəsindən indi Ermənistana məxsus olan ərazi ilə ayrı düşsə də, Naxçıvan yaşayıb, inkişaf edibdir. Nəhayət, indi müstəqil Azərbaycanın tərkib hissəsidir”. Naxçıvan həm də, Türk coğrafiyasını birləşdirən strateji mərkəz kimi qiymətləndirilməlidir. Zaman-zaman öz xarici havadarlarının köməyi ilə torpaqlarımızı ələ keçirən ermənilərin və onların himayədarlarının əsas hədəfi türk coğrafiyasının ana xəttini kəsmək olmuşdur. Hazırda Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı tarixi missiyanın yerinə yetirilməsində əsas strateji rol məhz Naxçıvanla bağlıdır. Əminliklə demək olar ki, biz hamımız tezliklə bu tarixi hadisənin şahidləri olacağıq.
Müasir dövrdə Naxçıvanın sosial-iqtisadi inkişafının davamlı şəkildə təmin olunmasında dövlət başçısı İlham Əliyevin bu regiona olan diqqət və qayğısını xüsusilə qeyd etmək istərdik. Ölkə Prezidenti Naxçıvanın tarazlı inkişaf etməsi məsələlərini daim diqqət mərkəzində saxlamş, dəfələrlə bura səfərlər etmiş, mövcud problemlərlə yerində tanış olmuş və onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, maliyyə resurslarının ayrılması ilə bağlı dövləti addımlar atmışdır.
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsində dövlət dəstəyi tədbirlərinin rolu artmaqdadır. Qədim tarixi və zəngin mədəniyyəti olan, eyni zamanda dövlətçilik ənənələri və güclü potensialı ilə fərqlənən Naxçıvanın Azərbaycanın iqtisadi-siyasi həyatında xüsusi yerini yüksək qiymətləndirən ölkə Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi və maliyyələşdirilməsini daim diqqət mərkəzində saxlayır.
Böyük Qarabağ Zəfərindən sonra, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı obyektiv reallıqlar baxımından, Naxçıvanın sosial-iqtisadi inkişafının daha səmərəli və məhsuldar inkişaf impulsları müəyyənləşdirilməkdədir. Belə ki, Zəngəzur dəhlizinin reallaşdırılması nəticəsində dəmiryolu və avtomobil yollarının açılması Naxçıvanı mühüm tranzit nəqliyyat-logistika qovşağına çevirəcəkdir. Digər mühüm bir amil və məhsuldar fəaliyyət istiqamətlərdən biri Naxçıvanda dağ-mədən sənayesinin resurslarından müasir texnologiyalar əsaslı hasilat və emal müəssisələrinin yaradılması potensialının yüksək olmasıdır. Naxçıvan təbii sərvətlərlə, o cümlədən dağ-mədən sərvətləri ilə zəngindir və təsadüfi deyilduir ki, akademik Mirəli Qaşqay bu sahənin ehtiyatları əsasında Naxçıvanı Azərbaycanın Uralı hesab edirdi. Bərəkətli Naxçıvan ərazisi güclü gips, mis-molibden, daş duz, gil, xörək duzu, travertin, dolomit, qızıl və s. yataqları ilə zəngindir. Hesab edirik ki, bu yataqların istismarı Naxçıvanın sosial-iqtisadi inkişafına yeni məhsuldar əlavə istehsal, dəyər, iqtisadi artım və maliyyə mənbələrinin formalaşdırılmasında önəmli rol oynaya bilər. Fikrimizcə, Naxçıvanda dağ-mədən sənayesinin inkişaf etdirilməsi üzrə məqsədli fəaliyyət proqramının işlənməsi və həyata keçirilməsinə ciddi və əsaslı zəminlər vardır.
Digər mühüm bir istiqamət turizm sektorudur. Naxçıvanın təbii gözəlliyi, spesifik iqlimi, rəngarəng fauna və flora, mineral su ehtiyatları və bulaqlar, bir sözlə, turizm-rekreasiya resurslarının zənginliyi bu fikri söyləməyə əsas verir ki, burada rəqabətqabiliyyətli turizm-rekreasiya komplekslərinin yaradılması mümkündür. Turizm sektorunun əksər seqmentlərinin Naxçıvanda inkişaf etdirilməsi imkanları vardır və bunların multiplikativ təsiri digər iqtisadiyyat sahələrinin inkişafına müsbət təsir göstərə bilər. Naxçıvanda turizmin intensiv inkişafı həm də, mühüm sosial-iqtisadi mahiyyət kəsb edir, əhalinin gəlirlərinin artırılmasında və məşğulluq təminatının gücləndirilməsində yeni imkanlar formalaşdırıla bilər.
Daim dövlətçiliyə sadiq olan və Azərbaycanın qüdrətli bir ölkə kimi inkişaf etməsinə öz ciddi töhfələrini verən Naxçıvan Muxtar Respublikası yeni çağırışlar qarşısındadır. Bununla bağlı olaraq, Naxçıvanın ölkəmizin rəqabətqabiliyyətinin artırılmasında və xarici iqtisadi əlaqələrinin daha səmərəli şəkildə şaxələndirilməsində strateji töhfələr vermək imkanları artacaqdır.
Türkiyə və Azərbaycan Prezidentlərinin Naxçıvan səfərində əldə olunan razılaşmalar və imzalanmış sənədlər yaxın perspektivdə regionun inkişafının intensivləşməsinə əsaslı təsir göstərəcək və Naxçıvanın geostrateji rolunu əhəmiyyətli səviyyədə artıracaqdır.
Müəllif: Şəfa Əliyev, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri, Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
4 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
4 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
6 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"







.jpg)









.jpg)



