SİMA İmza ilə başqasının sənin adından sənəd imzalamasının qarşısını al!
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA İmza-nın təqdim etdiyi yeni biometrik imzalama funksionallığı ilə artıq imza sahibinin adından başqa bir şəxsin sənəd imzalamasının qarşısı alınacaq.
Belə ki, yeni funksionallığın tətbiqi ilə imzalama zamanı mobil telefonun ekranında PİN kod yığıldıqdan sonra təkrar təsdiqləmə üçün biometrik eyniləşdirmə aparılacaq. İmza edən şəxsin həqiqətən də imza sahibinin özü olub-olmadığı SİMA İmzanın xüsusi süni zəka və biometriya texnologiyası vasitəsilə dəqiqləşdiriləcək.
Bu zaman şəxsin üz cizgiləri vasitəsilə biometrik eyniliyi və canlılığı yoxlanılacaq. Eyniləşdirməsi uğurla başa çatan şəxslərin imza prosesi tamamlanmış olacaq. Bütün bu proses cəmi bir neçə saniyə ərzində baş tutacaq.
Nəzərə çatdıraq ki, bu yenilik əsasən elektron imzalardan sui-istifadə hallarının qarşısının alınması məqsədilə tətbiq olunub. Belə ki, son vaxtlar hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı (əsasən maliyyə cinayətləri üzrə) kritik sənədlərin imzalanmasında saxtalaşdırma hallarına tez-tez rast gəlindiyi aşkarlanıb.
Bununla bağlı bir müddət əvvəl Dövlət Vergi Xidməti də rəsmi açıqlama yayaraq vətəndaşları məlumatlandırıb.
Qeyd edək ki, bənzər situasiyalar elektron imza tətbiq olunan digər sahələrdə (dövlət xidmətləri, bank, sığorta, elektron gömrük və s.) də baş verə bilər. Bu cür xoşagəlməz halların qarşısını almaq məqsədilə dövlət qurumları və özəl müəssisələrin SİMA İmzanın biometrik imzalama həllindən istifadə etməsi tövsiyə olunur. Belə ki, SİMA İmza ilə inteqrasiya edən tərəfdaşlar üztanıma vasitəsilə aparılan təsdiq sayəsində sui-istifadə hallarını aradan qaldıracaq.
Onu da qeyd edək ki, Dövlət Vergi Xidməti və “AzInTelecom”un apardığı birgə əməkdaşlıq çərçivəsində SİMA İmza-nın e-taxes.gov.az portalına inteqrasiya prosesi yekunlaşmaq üzrədir.
Portalda SİMA İmza ilə giriş və imzalama xidməti istifadəyə verildikdən sonra qeyd edilən neqativ halların minimuma endirilməsi proqnozlaşdırılır.
SİMA İmza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin SİMA İmza-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Bu imkandan faydalanmaq üçün SİMA İmza tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA İmza ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
6 saat əvvəl
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
-
6 saat əvvəl
Qlobal bankdan xəbərdarlıq: Dünya bazarında yanacaq qıtlığı 2027-ci ildə də davam edə bilər
- 6 saat əvvəl
-
7 saat əvvəl
Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb
-
7 saat əvvəl
Bank investorlara illik 8,5 faiz gəlirlilik təklif edir – Abunə yazılışı başladı
-
7 saat əvvəl
Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır
- 8 saat əvvəl
-
9 saat əvvəl
Çinin avtomobil istehsalçıları Avropada ilk dəfə Yaponiyanı geridə qoydu – Bazar payı 12,7%-ə çatdı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qlobal bankdan xəbərdarlıq: Dünya bazarında yanacaq qıtlığı 2027-ci ildə də davam edə bilər
Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Çinin avtomobil istehsalçıları Avropada ilk dəfə Yaponiyanı geridə qoydu – Bazar payı 12,7%-ə çatdı
İllik 15 faiz gəlir vəd edən istiqrazlar ticarətə buraxılacaq
Könüllü sığorta bazarı: sığorta haqları +12,6% artıb
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti ®
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib





















