Bank of Baku-nun vəziyyəti məlum oldu
Bank of Baku, cari ilin ikinci rübü ərzində əldə etdiyi maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, əsasən bankın 30 iyun 2017-ci il tarixinə olan faiz gəlirləri 32.20 milyon AZN, faiz xərcləri isə 14.21 milyon AZN təşkil edib. Nəticə etibarilə, bu dövr ərzində Bankın xalis faiz gəlirləri 17.99 milyon AZN həcmində olub. Hesabat dövründə, Bankın qeyri-faiz gəlirləri 0.15 milyon AZN, qeyri-faiz xərcləri 14.27 milyon AZN təşkil edib ki, bu da (mənfi 14.12) milyon AZN həcmində xalis qeyri-faiz gəlirlərini formalaşdırıb.
Həmçinin, qeyd edilən rübün yekununa əsasən Bankın əməliyyat mənfəəti 3.87 milyon AZN, gözlənilməz digər fəaliyyətlərdən ümumi gəliri isə 2.81 milyon AZN təşkil edib ki, bu da öz növbəsində mümkün zərərlərin ödənilməsi üçün ayrılan ehtiyatlar nəzərə alınmadan Bankın 6.68 milyon AZN həcmində mənfəət əldə etdiyini göstərir.
Bank qarşılaşa biləcəyi mümkün zərərlərin ödənilməsi üçün qeyri-işlək kreditlərə qarşı 32.72 milyon AZN həcmində ehtiyat vəsait ayırıb. Bankın, devalvasiyadan sonra yaranmış ümumi iqtisadi vəziyyətin fonunda geri ödəniş etməkdə çətinlik çəkən müştərilərin qeyri-işlək kreditlərinə qarşı yaratdığı ehtiyatlarının nəticəsində hesabat tarixinə 26.04 milyon AZN zərəri olmuşdur. Lakin qeyd etdiyimiz kimi, zərər olaraq göstərilən məbləğ Bankın ümumi ehtiyatlarına ayırdığı vəsaitin əsasında formalaşıb.
Daim müştərilərinə sərfəli şərtlərlə kreditləşmə imkanı təqdim edən Bank of Baku, Aprel-İyun 2017-ci il tarixləri arasında müştərilərinə kredit verməkdə davam etmiş və nəticə etibarilə rüb ərzində kredit portfelini 12.5 milyon AZN artıraraq ümumi kredit portfelini 346.02 milyon AZN-dək çatdırıb.
Qeyd edək ki, Bankın depozit portfelində fiziki və hüquqi şəxslərin tələbli depozitlərinin ümumi məbləği rüb ərzində 20.86 milyon AZN həcmində artaraq, rübün yekununda ümumilikdə 57.64 milyon AZN təşkil edib. Dövr ərzində fiziki və hüquqi şəxslər tərəfindən qəbul edilən müddətli depozitlər də həmçinin 12.91 milyon AZN artıb və nəticə etibarilə əmanət portfeli 271.05 milyon AZN-dək yüksəlib.
Pərakəndə bankçılıq sahəsinin uzun illər lideri olaraq tanınan Bank of Baku ötən ilin sonlarından etibarən korporativ bankçılıq sahəsində də fəaliyyət dairəsini genişləndirməkdə davam edir. Belə ki, bankın fiziki şəxslərlə yanaşı, korporativ müştərilərinə təqdim etdiyi xidmət və məhsulların çeşidi genişlənərək, bir çox əməliyyatlarında olduğu kimi, plastik kart dövriyyəsinin artmasına da müsbət təsir göstərib. Statistikaya əsasən, son 6 ay ərzində Bank of Baku-nun bütün növ plastik kartlar üzrə ümumi dövriyyəsi 100 milyon AZN həcmini ötüb.
Yuxarıda qeyd olunanlarla yanaşı, Bankın açıqladığı maliyyə hesabatına əsasən ani likvidlik əmsalı rüb ərzində 11% artaraq 194%-ə çatmışdır.
Hesabatın əhatə etdiyi dövrdə Bankın nizamnamə kapitalının artırılması ilə bağlı mühüm qərar verilmişdir. Belə ki, 23 iyun 2017-ci il tarixində keçirilmiş Səhmdarlarının Ümumi Yığıncağında Bankın cari nizamnamə kapitalının artırılmasına dair qərar qəbul olunub. Qərarın icrası ilə bağlı fəaliyyətlər bitdikdən sonra, Bank of Baku nizamnamə kapitalında böyük həcmdə artımın olacağı gözlənilir.
Bank of Baku, növbəti dövrlərdə də maliyyə stabilliyinin qorunub saxlanılması və daha da gücləndirilməsi niyyətindədir.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
5 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
5 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
6 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
6 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)












