Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib

AzVak-mobil_resmin_ustu_31
İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

29 noyabr 2026-cı il tarixində PASHA Holding-in təşkilatçılığı ilə “The Ritz-Carlton, Baku” hotelində ikinci INMerge İnvestisiya Forumu keçirilib.

Ötən il ilk dəfə təşkil olunan Forumun yaratdığı əməkdaşlıq platformasını daha da genişləndirən builki tədbir 14 ölkədən 150-dən çox iştirakçını bir araya gətirib. İştirakçıların təmsil etdikləri qurumların idarə etdiyi aktivlərin ümumi dəyəri 700 milyard ABŞ dollarını ötür. Forumda ilkin mərhələdən inkişaf mərhələsinədək müxtəlif mərhələlərdə startaplara investisiya yatıran vençur kapitalı fondlarının 45 idarəedici tərəfdaşı (GP), banklar, inkişaf bankları və suveren investisiya fondları da daxil olmaqla 16 institusional investor (LP), korporativ vençur investisiyaları sahəsində fəaliyyət göstərən 7 şirkət, eləcə də dövlət qurumlarının və innovasiya ekosisteminin nümayəndələri iştirak ediblər.

Gün ərzində davam edən Forumun proqramı regionun inkişaf edən investisiya mühitinin və qlobal kapital bazarlarına inteqrasiya imkanlarının müzakirəsinə həsr olunub. Proqram KPMG-nin regionun investisiya mühitinə dair icmalı ilə başlayıb, daha sonra RISE tərəfindən Azərbaycan və Gürcüstanda vençur kapitalı bazarının mövcud vəziyyətinə dair təqdimatla davam edib.

Panel müzakirələrində regionun beynəlxalq kapitala çıxış imkanlarının genişləndirilməsi, erkən mərhələdə fəaliyyət göstərən investorların perspektivli investisiya imkanlarını bazar tərəfindən geniş tanınmazdan əvvəl müəyyən etməsi, eləcə də ayrı-ayrı inkişaf etməkdə olan frontier bazarlarının vahid və investorlar üçün cəlbedici regional vençur bazarında birləşdirilməsi imkanları diqqət mərkəzində olub.

Forum növbəti investisiya dövrünün perspektivlərinə həsr olunan müzakirə ilə yekunlaşıb. İştirakçılar süni intellekt sahəsinə yönələn hazırkı investisiya dalğasından sonrakı mərhələdə investorların diqqətini cəlb edə biləcək texnologiya və sektorları nəzərdən keçiriblər.

Forumda Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Azərbaycan Biznesinin İnkişafı Fondu, Türk İnvestisiya Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), PASHA Financial Holding, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Bir Ecosystem, PAŞA Bank, Alem Ventures, Sturgeon Capital, 500 Global, 212 və digər nüfuzlu qurumların nümayəndələri iştirak ediblər.

İkinci dəfə təşkil olunan INMerge İnvestisiya Forumu miqyasını və beynəlxalq əhatə dairəsini genişləndirməklə Bakının aparıcı regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir. Forum Mərkəzi Avrasiya, Yaxın Şərq və qlobal kapital bazarları arasında əlaqələrin gücləndirilməsi, uzunmüddətli investisiya tərəfdaşlıqlarının qurulması və regionda beynəlxalq investisiya əməkdaşlığının inkişafı üçün mühüm platforma rolunu oynayır.

INMerge İnvestisiya Forumu 2026 INMerge Investment Forum 2026 INMerge Innovation Summit 2026 Bakıda investisiya forumu 700 milyard dollar aktiv beynəlxalq investorların Bakı görüşü qlobal investisiya fondları Azərbaycan investisiya mühiti Azərbaycana xarici investisiyalar Bakıda beynəlxalq investorlar vençur kapitalı vençur kapitalı fondları Azərbaycanda vençur kapitalı bazarı Azərbaycan startap ekosistemi institusional investorlar suveren investisiya fondları korporativ vençur investisiyaları qlobal kapital bazarları beynəlxalq kapitala çıxış Mərkəzi Avrasiya investisiya bazarı frontier bazarlar süni intellekt investisiyaları gələcəyin investisiya sektorları PASHA Financial Holding PAŞA Bank KPMG RISE IFC Türk İnvestisiya Fondu Azərbaycan Biznesinin İnkişafı Fondu 500 Global Sturgeon Capital Alem Ventures 212 İRİA 4SİM Bir Ecosystem The Ritz-Carlton Baku Bakı regional investisiya mərkəzi
29.11.2026 15:40
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19