“Əmanətlərin sığortalanması sistemi və hüquqi bazanın öyrənilməsi” mövzusunda təlim keçirilib
23 oktyabr tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Əmanətlərin Sığortalanması Fondu və Naxçıvan Universitetinin birgə təşəbbüsü ilə Əmanətlərin Sığortalanması Fondunun əməkdaşları tərəfindən “Naxçıvan” Universitetinin müəllim və tələbə heyəti üçün “Əmanətlərin sığortalanması sistemi və hüquqi bazanın öyrənilməsi” mövzusunda təlim keçirilmişdir.
Təlimi giriş sözü ilə açan Universitetin rektoru dosent Anar Kazımov bu tipli tədbirlərin ali təhsil müəssisələrində təhsil alan tələbələrə tədris edilməsinin əhəmiyyətini qeyd etmiş, gələcəkdə də adıçəkilən tədbirlərin davamlı olmasını məqsədəuyğun hesab etmişdir.
Sonra Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev tədbirin əhəmiyyətinə toxunaraq cəmiyyətdə daha savadlı və məlumatlı istehlakçı seqmentinin formalaşdırılmasında bu cür tədbirlərin həlledici rol oynadığını vurğulamışdır.
Daha sonra videobağlantı ilə tədbirə qoşulan Fondun Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev Naxçıvanda bu mövzuda ilk dəfə təlimin keçirildiyini və bundan sonra da region əhalisinin, xüsusilə də gənc nəslin maliyyə savadlılığının artırılması ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirmiş və iştirakçılara uğurlar arzulamışdır.
Təlim zamanı Fondun təcrübəli əməkdaşları tərəfindən əmanətlərin əhəmiyyəti, əmanət yerləşdirilməsi zamanı nələrə diqqət edilməli və risklərin qiymətləndirilməsi mövzularında tədbir iştirakçılarına məlumat çatdırılmış, iştirakçıların mövzu ətrafında sualları ətraflı cavablandırılmışdır.
Sonda Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova Mərkəzi Bank tərəfindən "Maliyyə savadlılığı" layihəsi çərçivəsində hazırlanmış resurslar barədə auditoriyanı məlumatlandırmış və tələbələri maraqlandıran sualları cavablandırmışdır.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
8 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
9 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib






















