Nikkei: qlobal sənayenin mənfəəti Çində yavaş iqtisadi artım səbəbindən 9% azalıb
Dünyanın aparıcı sənaye şirkətlərinin xalis mənfəəti 2023-cü ilin iyul-sentyabr aylarında bir ilin eyni dövrü ilə müqayisədə 9% azalıb.
Marja.az xəbər verir ki, Yaponiyanın biznes qəzeti Nikkei öz ekspertlərinin hesablamalarına istinadən yazır ki, qlobal sənayedə mənfəət ardıcıl dördüncü rübdür ki, azalıb.
Onlar ABŞ, Avropa İttifaqı, Çin və digər ölkələrin 13 min aparıcı şirkətinin əsas göstəricilərini təhlil ediblər ki, bu da planetin birjalarında yer alan bütün səhmlərin ümumi dəyərinin 90%-ni təşkil edir.
Sənaye sektorunda vəziyyətin ümumi pisləşməsi fonunda ən mənfi vəziyyət kimya sənayesində qeydə alınıb - burada üçüncü rübdə mənfəət bir il əvvəllə müqayisədə 43% azalıb. Mənfəət elektron avadanlıqların istehsalında 12%, dəzgah sənayesində 10% azalıb. Eyni zamanda, qeyri-sənaye sektorunda xalis mənfəət 16% artıb.
Hesablamalar göstərib ki, performansın pisləşməsi ilk növbədə Çinlə əməliyyatlarda qeyd alınıb. Nikkei qeyd edib ki, mənfəətin azalmasına yüksək kredit faizlərinin yeni investisiyalar üçün maneəyə çevrildiyi ABŞ-dakı vəziyyətlə bağlı narahatlıqlar da təsir edir.
Çin Dövlət Statistika İdarəsinin məlumatına görə, 2021-ci ildə ölkənin ÜDM-in artım tempi son 10 ildə ən yüksək göstərici olub və 8,4% təşkil edib. Lakin bəzi mənfi amillərin, ilk növbədə pandemiyanın təsiri ilə 2022-ci ildə dinamika 3% təşkil edib. Cari il üçün rəsmi hədəf 5% müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
2 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
2 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
2 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)








